Misirdə Azərbaycanı təbliğ edən İRS jurnalı
Tarix: 05.02.2014 | Saat: 14:07:00 | E-mail | Çapa göndər


Misirdə nəşr olunan İRS jurnalının ərəb dilində növbəti sayı çapdan çıxıb.
Xəyalə Şəfiyevanın Misirdən “Palitra”ya verdiyi məlumata görə, nəfis tərtibatda hazırlanmış jurnal ərəb dünyasını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və müasir inkişaf perspektivləri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır.
Jurnalın bu sayında “20 Yanvar” faciəsi və Xocalı Soyqırımı ilə əlaqədar məqalələr işıqlandırılıb, 1990-cı ilin 20 yanvar tarixində ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar əməllərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, misli görünməmiş faciəyə gətirib çıxaran səbəblərdən danışılıb, eyni zamanda 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Azərbaycanın Xocalı şəhərini zəbt edərək, şəhəri tam alova bürüdükləri, erməni hərbçilərinin dinc əhaliyə divan tutmaları, 613 nəfərin qətlə yetirildiyi olduğu barədə məlumat verilib.
Jurnalda həmçinin Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan İçəri Şəhər, orta əsr ərəb mənbələrində Xəzər dənizinin həcmi və mövqeyi, həmçinin Qarabağın mahir silah mühəndisləri barədə məlumatları əks etdirən məqalələr ərəbdilli oxucular tərəfindən xüsusi maraqla qarşılanıb. Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim Rafael Hüseynovun Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Məhsəti Gəncəvinin 900 illik yubileyi ilə bağlı məqaləsi və “Odlar diyarı” Azərbaycanın tarixi haqqında yazılar jurnalda dərc edilib.
Bütün ərəb dünyası boyunca yayılacaq jurnalın mütəmadi əsasda çap etdirilməsi nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info