Səfir: “Biz yeganə dövlətik ki, Ermənistanı tanımırıq”
Tarix: 05.02.2014 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


“Mən Azərbaycanda olmaqdan çox şadam. Ölkələrimiz bir-birinə yaxındır. Prezident İlham Əliyevlə görüşəndə qeyd etdim ki, Azərbaycan, Türkiyə və Pakistan üç fərqli ölkə olsa da, xalqlarımız birdir. Siyasi əlaqələrimizin səviyyəsi çox yüksəkdir və iqtisadi əlaqələrimizi də bu səviyyəyə qaldırmaq lazımdır”. “Palitra”nın məlumatına görə, bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Xalid Usman Qayser keçirdiyi mətbuat konfransında bildirib.
Səfir əlavə edib ki, prezident İlham Əliyev Pakistanda çox böyük hörmətə malikdir: “Pakistan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tanıyır və buna görə Ermənistanı dövlət kimi tanımır. Biz yeganə dövlətik ki, Ermənistanı tanımırıq. Eyni zamanda biz Azərbaycanın Kəşmir məsələsində verdiyi dəstəyi alqışlayırıq”.
Kəşmir və Dağlıq Qarabağ məsələləri arasında oxşarlıqlara toxunan X.U.Qayser bildirib ki, Kəşmir və Dağlıq Qarabağ işğal olunub: “İkinci oxşarlıq ondan ibarətdir ki, bu məsələlərdə insan haqları, beynəlxalq hüquq pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmayıb, işğal olunmuş ərazilərimizdə demoqrafik dəyişikliklər edilib. Kəşmirdə davamlı olaraq insan hüquqları pozulur, minlərlə insan girov götürülüb və ya itkin düşüb. Bütün beynəlxalq təşkilatlar bu barədə xəbərdardır, amma heç kim bir söz demir”.
Səfir “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə cür yardım göstərə bilər” sualını cavablandırarkən bildirib ki, bununla bağlı Pakistanın qanunverici orqanlarında qətnamələr qəbul edib və həmin sənədlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğalı pislənir: “Eyni zamanda Pakistan Azərbaycanı beynəlxalq arenada dəstəkləyir. Eyni ilə Azərbaycan hərəkət edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Kəşmir məsələsi ilə bağlı kontakt qrupunun üzvüdür və biz bu məsələlərin həlli üçün bir-birimizlə əməkdaşlıq edirik”.
İqtisadi əlaqələrə toxunan diplomat deyib ki, prezidentlə görüşündə Azərbaycan-Pakistan birgə istehsalat müəssisənin təsis edilməsi, qarşılıqlı sərmayələrin yatırılması məsələləri müzakirə olunub: “İstəyirik ki, Pakistan biznesmenləri Azərbaycana gəlsin və burada olan imkanları görsünlər. Pakistanın əczaçılıq, tekstil sahələri çox güclüdür. Eyni zamanda idman məhsullarının istehsalında da rəqabət qabiliyyətliyik. Gələn il Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Çalışacağam ki, Pakistan biznesmenlərini bu sahəyə cəlb edim”.
İki ölkə arasında birbaşa aviareyslərin açılması barədə danışan X.U.Qayser qeyd edib ki, hazırda “Pakistan İnternational Airlines” aviaşirkəti belə reysləri icra etmək imkanlarına malik deyil: “Təklifimiz var ki, “Turkish Airlines” aviaşirkəti İstanbul-Bakı-İslamabad marşrutu üzrə uçuşlara başlasın. Hələlik bu təkliflərimizi irəli sürmüşük”.
Mətbuat konfransının sonunda 5 fevral - Kəşmir Həmrəylik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir
31.05.2020
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 günədək viza tələb olunmayacaq
31.05.2020
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Leyla Abdullayeva: Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini qanunsuz işğal və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır
2 Qasımbəy yeməyi -VIDEO
3 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
4 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
5 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info