ARGTMŞ gənclər təşkilatları üçün yeni imkanlar yaradır
Tarix: 05.02.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildən etibarən gənclər və gənclər təşkilatları üçün bir sıra yeni imkanlar yaradıb. Bu imkanlar ARGTMŞ-ın 1-gənclərin əməkdaşlığı, 2-gənclər təşkilatlarının inkişafı və 3-gənclər siyasətinə dəstək çərçivəsində gənclər və gənclər təşkilatları üçün yaradılan imkanlarla bağlı olaraq qəbul etdiyi 3G-siyasəti çərçivəsində həyata keçirilib. ARGTMŞ ilk olaraq, 2013-cü ildə “Gənclər Evi”-ni yaradıb və gənclər təşkilatlarının bir sıra imkanlar əldə etməsini təmin edib. “Gənclər Evi”-nin fəaliyyəti çərçivəsində gənclər və gənclər təşkilatları daha geniş auditoriyalara təlimlər keçirmək, görüşlər təşkil etmək üçün təlim zalından, müxtəlif mövzularda 1500-dən çox kitabdan fayadalanmaq üçün kitabxanadan, təlim zamanı internet və bir sıra təlim vasitələrindən istifadə edə bilirlər.Bununla yanaşı, ARGTMŞ üzv təşkilatların inkişafı və onların kommunikasiya vasitələrinin sürətləndirilməsi və vahid bazadan idarə edilməsi üçün SMS və E-Mail xidməti yaradıb və istifadəyə verib. ARGTMŞ-nın üzv təşkilatlar üçün irəli sürdüyü digər bir xidmət isə PR xidmətidir. Bu xidmət vasitəsilə ARGTMŞ üzv təşkilatların məlumatlarını sosial şəbəkələr və KİV işıqlandırılmasına xidmət edir. ARGTMŞ bu il ərzində ölkədə ilk dəfə olaraq 200-dən çox gənclər təşkilatının iştirak etdiyi Gənclər Təşkilatlarının I-ci milli Konqresini keçirib. Həmçinin ARGTMŞ son bir il ərzində sırf olaraq gənclər təşkilatları ilə əlaqədar QHT-lərin İDarəedilməsi Akademiyası (QİDA), Azərbaycan Könüllülük Xidməti (AKX), Xətdə Sosial Şəbəkə Akademiyasının fəaliyyətinə start verib. Bununla yanaşı, ARGTMŞ gənclərin inkişafı və beynəlxalq əlaqələrin artırılması üçün Avropa Birliyinin “Gənclər Fəaliyyətdə” (Youth İn Action) proqramına, Avropa Birliyinin, Avropa Gənclər Forumunun, Avropa Şurasının və MDB ölkələri çərçivəsində keçirilən layihələrə qoşulub. Bu layihələr çərçivəsində ARGTMŞ 31 ölkədə 70 gənclər təşkilatının iştirakı ilə təmsil olunub. Onu da bildirək ki, ARGTMŞ 2013-cü ildə qəbul etdiyi 3G strategiyası çərçivəsində həyata keçirdiyi layihələri də 2014-cü ildə də davam etdirəcək. Eləcə də bir sıra yeni layihələr, ARGTMŞ-nın üzv təşkilatlarının elektron bazasının hazırlanması, yenilənən www.nayora.az saytının istifadəyə verilməsi, gənclər təşkilatlarının fəaliyyətlərinin potensialının öyrənilməsi üçün sosioloji araşdırmanın keçirilməsi planlaşdırılır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info