Azərbaycan yeni inkişaf mərhələsində: reallıqlar və perspektivlər
Tarix: 05.02.2014 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Günay Xudadayeva |

YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin üzvü

2014–cü ilin “Sənaye ili” elan edilməsi nəticəsində bu il ölkəmizdə geniş miqyaslı uğurlu layihələrin həyata keçirilməsi yeni iş yerlərinin açılmasına, əhalinin sosial-iqtisadi rifahının daha da yaxşılaşmasına səbəb olacaq, həmçinin sənayenin inkişafı regionların intensiv və dinamik inkişafına şərait yaradacaq.
Azərbaycan dünya miqyasında ən sürətli iqtisadi inkişafına malik olan ölkələr sırasında yer almaqdadır. Respublikamızda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunun nəticəsi kimi, ötən ildə də Azərbaycan iqtisadiyyatı öz dinamik inkişafını davam etdirdi. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanıldı, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətləndi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olundu, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradıldı, əhalinin sosial rifahı daha da yaxşılaşdı.
Onu da qeyd edək ki, səmərəli iqtisadi strategiya sosial siyasətin də uğurluluğunu təmin edib. Ötən il vətəndaşların maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər - əməkhaqları və pensiyaların artırılması, vətəndaşların əmanətlərinin kompensasiya şəklində qaytarılması əhəmiyyətli nəticələr kimi dəyərləndirilməlidir.
Bildiyimiz kimi, yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial - iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda səsləndirilən fikirlər 2013-cü ildə iqtisadi inkişafın uğurla davam etdiyinin əyani sübutudur. Göstəricilərə görə, ÜDM təxminən 6 faiz, əhalinin pul gəlirləri isə 8 faiz artıb. İnflyasiya isə cəmi 2,4 faizdir. Bununla yanaşı, əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir.
Ötən il ərzində həm də Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Mühüm addım kimi Azərbaycanın Yerətrafı orbitə peyk çıxarmaq təşəbbüsünü qeyd etmək lazımdır. Ötən ilin fevralında “Azərspace-1”- ilk Azərbaycan peyki fəzaya buraxılıb. Hazırda ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Bu peyk ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiya olunmasında, Qərblə Şərq arasında informasiya regionunun aparıcı dövlətlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, kommersiya əhəmiyyəti baxımından əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcək. Dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə belə qeyd etmişdi: “Bu il Azərbaycan kosmik dövlətə çevrildi. İlin əvvəlində “Azərspace-1” peykinin fəzaya buraxılması tarixi nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmiz böyük işlərə, böyük uğurlara imza atır. Kosmik sənayenin inkişafı ölkəmizin ümumi, intellektual və iqtisadi potensialını bir daha təsdiqləyir”.
Bununla yanaşı, ötən müddət ərzində sənayeləşmə siyasəti də uğurla davam etdirilib və əldə edilən nəticələr yalnız iqtisadiyyatın inkişafına və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bildiyimiz kimi, son illərdə Azərbaycanın artan iqtisadi göstəricilərində sənayenin xüsusi çəkisi hiss olunur. Sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son 5 ildə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Sənayenin strukturuna diqqət yetirdikdə, qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Bütün bu amilləri nəzərə alaraq Prezident 2014-cü ili “Sənaye ili” elan etdi. 29 yanvar 2014 – cü ildə dövlət başçısı müvafiq sərəncam imzaladı. Sərəncamın giriş hissəsində 20-ci əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda geniş diametrli sənayeləşmə siyasətinin tətbiqinə başlandığı və bu sahədə güclü bir potensial yaradıldığı ifadə edilərək, son 10 ildə sənayenin inkişaf etdirilməsi sahəsində böyük müvəffəqiyyətlərə imza atıldığı, sənaye istehsalının 2,7 qat artdığı qeyd edilib. Bu dövrdə rəqabət gücü yüksək müasir sənaye sahələrinin qurulması, sənaye infrastrukturunun yaxşılaşdırılması sahələrində bir çox layihənin reallaşdırıldığı ifadə edilib və yeni iş yerlərinin açıldığı, ölkə sənayesinin yeni inkişaf mərhələsinə keçdiyi vurğulanıb.
Tərəddüdsüz qeyd etmək olar ki, 2014-cü ilin “Sənaye ili “elan edilməsi nəticəsində ölkəmizdə neft sənayesi ilə yanaşı, qeyri - neft sənayesinin inkişaf etdirilməsi, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması ölkəmizin gələcək inkişafını təmin edəcək və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə irəliləməsini müəyyən edəcək. Yeni istehsal sahələrinin, sənaye parklarının yaradılması, bölgələrin sənaye potensialının gücləndirilməsi ölkənin bu sahədə də inkişafını təmin edəcək.
Nəzərə alsaq ki, 2013-cü ildə “İKT ili” çərçivəsində görülən işlərin fonunda Azərbaycanın dinamik inkişafı daha da sürətlənmişdi, o zaman əminliklə qeyd edə bilərik ki, 2014 – cü ilin “Sənaye ili” elan edilməsi nəticəsində bu il ölkəmizdə geniş miqyaslı uğurlu layihələrin həyata keçirilməsi yeni iş yerlərinin açılmasına, əhalinin sosial – iqtisadi rifahının daha da yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda sənayenin inkişafı regionların intensiv və dinamik inkişafına şərait yaradacaq.






 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info