Tokioda Azərbaycana həsr edilmiş təqdimat
Tarix: 05.02.2014 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Azərbaycanın Yaponiyadakı səfiri G.İsmayılzadə Tokionun “Minato UNESCO” qeyri-hökumət təşkilatında ölkəmizə həsr edilmiş təqdimatla çıxış edib.
Bu təşkilat Yaponiyada mədəniyyətlərarası dialoq ilə bağlı seminarlar və beynəlxalq simpoziumlar keçirir. G.İsmayılzadə təşkilatda çıxış edən ilk əcnəbi səfir olub.
Tədbirdə işgüzar dairələrin təmsilçiləri, bir sıra universitetlərin professor və tələbə heyəti, Tokio ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə “Minato UNESCO” təşkilatının direktoru xanım Yoşiko Naqato çıxış edərək, Azərbaycan haqqında təqdimata görə minnətdarlığını bildirib, ölkəmiz barədə həqiqətlərin öyrənilməsinə imkan yaratdığına görə səfirə dərin təşəkkürünü çatdırıb.
Azərbaycan haqqında təqdimatla çıxış edən səfir təbdir iştirakçılarını 2020-ci il Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi münasibətilə təbrik edib. Səfir 2020-ci il Yay Olimpiya Oyunlarının keçiriləcəyi namizəd şəhərlər siyahısında Azərbaycan paytaxtı Bakının da olduğu barədə məlumat verib, 2015-ci ildə ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb. Bundan əlavə, səfir UNESCO-nun Bakıda keçirilmiş beynəlxalq konfransı zamanı yapon mətbəxi “Vaşoko”nun UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına salınması münasibətilə də təbriklərini çatdırıb.
Təqdimatda Azərbaycan rəhbərliyi tərəfindən atılmış addımlar nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilib. Azərbaycanın dövlət atributları, coğrafi mövqeyi, təbiəti, əhalisi, iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən və gələcəkdə reallaşdırılacaq müxtəlif layihələr, son illərdə əldə olunmuş nailiyyətlər barədə ətraflı danışılıb. Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol xüsusi qeyd olunub. Səfir ölkəmizdə turizmin inkişafı üçün həyata keçirilən müxtəlif tədbirlər barədə də ətraflı məlumat verib.
Daha sonra Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verilib. G.İsmayılzadə Azərbaycan ilə UNESCO arasında hərtərəfli səmərəli əlaqələrin inkişafında Mehriban Əliyevanın xidmətlərini qeyd edərək, onun Azərbaycanın mədəni irsinin və xalqımızın adət-ənənələrinin dünyada təbliğinə xüsusi diqqət yetirdiyini və mədəniyyət nümunələrinin mühafizəsi və milli dəyərlərin qorunması istiqamətində səylərini xüsusilə qeyd edib.
Ənənəvi musiqi, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyü haqqında məlumat verilib.
Azərbaycan muğamının, xalçasının, aşıq, tar ifaçılığı sənətinin, Novruz bayramının, Çovqan oyununun UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilməsi barədə danışılıb. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğunun da UNESCO-nun Dünya İrsi Siyahısına salındığı haqda məlumat verilib. Səfirliyin təşəbbüsü ilə yapon dilində nəşr edilən “İRS” jurnalının dördüncü buraxılışında Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında məqaləsinin dərc edildiyini bildirən səfir məqalədə muğam sənətinin, Azərbaycan muğam məktəbinin və onun görkəmli nümayəndələri, Azərbaycan muğam sənətinin mühüm tərkib hissəsi olan Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında geniş məlumat verildiyini diqqətə çatdırmışdır. Jurnalın nüsxələri tədbir iştirakçılarına paylanılıb.
Bildirilib ki, Mehriban Əliyeva sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Tədbirdə, eyni zamanda Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələr haqqında geniş danışılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və danışıqlar prosesinin hazırkı durumu, münaqişənin həllində ölkəmizin tutduğu ədalətli mövqe barədə də iştirakçılara ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini, mətbəxini və turizm potensialını əks etdirən slaydlar və videorolik nümayiş etdirilib.
Sonda səfir G.İsmayılzadə tədbir iştirakçılarının suallarını cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info