Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına layiqli töhfə
Tarix: 05.02.2014 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Xarkovun (Ukrayna) “Fakt” nəşriyyatında tanınmış alim, hüquq elmləri doktoru, professor Arif Quliyevin “Ukrayna-Azərbaycan əlaqələri: hüquq, siyasət, diplomatiya” kitabının birinci cildi işıq üzü görüb.
Arif Quliyev Azərbaycanın Bərdə rayonunun Böyük Qacar kəndində dünyaya göz açmışdır. Bakı Dövlət Universitetini (1978), Bakı Ali Partiya Məktəbini (1984), Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəetmə Akademiyasını (2002) bitirib.
1998-ci ildən Arif Quliyev Ukraynada yaşayır. “Xalq qəzeti”nin bu ölkədə müxbiri işləmiş, daha sonra Azərbaycan Respublikasının Ukraynadakı səfirliyində çalışıb.
2007-ci ildən elmi-pedaqoji fəaliyyətlə məşğul olan A.Quliyev hazırda Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professorudur.
Professor A.Quliyev monoqrafiya və dərsliklərin, xarici siyasət, dövlət idarəçiliyi, Azərbaycan və Ukraynanın beynəlxalq və ictimai münasibətləri məsələlərinə dair yüzdən çox elmi və elmi-populyar yazının müəllifidir.
A.Quliyev Ukraynanın Əməkdar maarif işçisi, Ukrayna Milli Jurnalistlər İttifaqının, Beynəlxalq Jurnalistlər Federasiyasının, Ukrayna Hüquqşünaslar Assosiasiyasının üzvü, habelə “Dostluq körpüləri: Ukrayna-Azərbaycan” beynəlxalq layihəsinin laureatıdır. Tanınmış alim məhsuldar ictimai fəaliyyətlə də məşğuldur, “Xalq Demokratiyası İnstitutu”nun idarə heyətinin rəhbəri, “Ukrayna Azərbaycanlılarının Elmi Şurası” və “Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurası” ictimai təşkilatlarının həmtəsisçisidir.
Professor A.Quliyevin yeni kitabı alimin uzun illər ciddi araşdırmalarının, həyatının bir hissəsini diplomatik və publisistik fəaliyyətə həsr etmiş müəllifin fikir və mülahizələrinin bəhrəsidir. Müəllifin qaldırdığı bir çox problemlərlə bağlı əldə etdiyi nəticələr özünün də bilavasitə şahidi olduğu beynəlxalq münasibətlər prosesinə analitik yanaşmanın məhsuludur.
Arif Quliyevin əvvəlki əsərləri kimi yeni kitabı da problemlərin dəqiq qoyuluşu, elmi analizin ciddiliyi və müfəssəlliyi ilə seçilir. Elmi dəqiqliklə müəyyən edilmiş məqsəd və vəzifələr əsərin kompozisiya kamilliyini şərtləndirmişdir. Müəllifin gəldiyi nəticələr elmi mülahizə və düşüncələrin gedişatından qaynaqlanır.
Kitabın məzmununu, o cümlədən müəllifin beynəlxalq və konstitusiya hüququ ilə bağlı əsərlərinin biblioqrafiyasına nəzər saldıqda qətiyyətlə demək olar ki, Arif Quliyevin bütün fəaliyyəti Azərbaycan və Ukraynanın beynəlxalq aləmdə nüfuzunun artmasına yönəlib. Eyni zamanda, tədqiqatlarının mövzu genişliyi və elmi yanaşmaların fundamentallığı heyrət doğurur.
Xüsusilə qeyd etmək lazımdır ki, A.Quliyevin müəllif dəsti-xətti analizin genişliyi və tədqiq edilən problemin mahiyyətinə dərindən nüfuz etməklə seçilir. Konkret məsələləri araşdırarkən alim daim müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin xarici təcrübəsinə müraciət edir, problemin tarixini öyrənir, digər alimlərin işlərini tənqidi baxımdan gözdən keçirir. Bir çox elmi yanaşmaların müfəssəl və əsaslı analizinə arxalanan müəllif, əsas nəticələrə öz baxış və təkliflərindən çıxış edərək gəlir.
Əlimizdə tutduğumuz kitab alimin həyatı və elmi yanaşmaları haqqında dolğun təsəvvür yaratmaqla yanaşı, onun hüquq elminə verdiyi töhfəni qiymətləndirməyə imkan verir.
Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçiliyi Akademiyasının prezidenti, hüquq elmləri doktoru, professor Y.V.Kovbasyuk kitaba yazdığı giriş sözündə qeyd edir: “A.Quliyevin parlaq xüsusiyyətlərindən biri ondadır ki, o, qazandığı uğurlarla qənaətlənmir, daim elmi axtarışdadır. Eyni zamanda, ziyalı, açıq, xeyirxah insan olan müəllif öz elmi baxışlarını müdafiə edərkən qətiyyət göstərir və məntiqə söykənir”.
Bu gün Arif Quliyev öz elmi yaradıcılığının zirvəsindədir. Demək olar ki, hər il onun elmi-metodiki əsərləri, dərslikləri, monoqrafiyaları çıxır. O, mütəmadi olaraq elmi-praktik konfranslarda, simpoziumlarda, digər elmi tədbirlərdə iştirak edir, təcrübəsini həvəslə bölüşür.
Şübhə etmirik ki, Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına böyük töhfələr vermiş professor A.Quliyevi qarşıda yeni-yeni elmi nailiyyətlər gözləyir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info