Nazirliyin təşkil etdiyi sığınacaqlardan 618 nəfər yararlanıb
Tarix: 05.02.2014 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Ölkə ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının ayrı-ayrı rayonlarında və Sumqayıt şəhərində təşkil edilən müvəqqəti sığınacaqlardan istifadə edənlərin sayı ümumilikdə 618 nəfərə çatıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 100 nəfəri Xətai, 205 nəfəri Nərimanov, 121 nəfəri Nəsimi, 82 nəfəri Nizami, 48 nəfəri Yasamal, 62 nəfəri isə Sumqayıt şəhərindəki sığınacaqdan istifadə edib.
Həmin vətəndaşlar sığınacaqlarda 24 saat ərzində yataqla, istiliklə, gün ərzində 3 dəfə isti qidalarla təmin olunub, ehtiyac duyanlara tibbi xidmət göstərilib.
Sığınacaqlara ehtiyacı olan, lakin gələ bilməyən şəxslər barəsində "142-Qaynar xətt" və ya müvafiq icra orqanları vasitəsilə məlumatlar alınaraq onların da qısa müddətdə sığınacaqlara gətirilməsi təmin edilib.
31 yanvar tarixindən etibarən təşkil edilən sığınacaqlardan istifadə edənlərin böyük qismi açıq havada səyyar işləyənlər və rayondan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir
15.01.2019
Nazirlik aydınlıq gətirdi – pensiyalar yaxın bir neçə gündə ödəniləcək
14.01.2019
“Azərbaycanda turizm sənayesi yaradılmalıdır”
14.01.2019
“İşsizin DOSTu” proqramı üzrə ictimai işlərə cəlb olunan şəxslərlə əmək müqaviləsi bağlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info