Erməni Milli Konqresi hökumətin istefasını tələb edir
Tarix: 05.02.2014 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Qaz borcu məsələsi üzrə müvəqqəti komissiyanın yaradılması təşəbbüsünün iflasa uğramasından sonra Ermənistan hökumətinin istefası məsələsinin qaldırılmasının vaxtı çatıb. “News.am”ın verdiyi məlumata görə, bu barədə Erməni Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, hakim koalisiyaya daxil olmayan dörd parlament fraksiyası gələcək addımlarla bağlı məsləhətləşmələr aparır: "Bu səsvermə ilə hakim Respublika Partiyasının hökumətin sövdələşmələrini ört-basdır edən siyasi qüvvə olduğu məlum oldu. Bu azmış kimi, partiya müvəqqəti komissiya yaratmağa cəsarəti çatmadığı üçün sövdələşməni gizlətdi, halbuki bir çox respublikaçıların bu məsələ ilə bağlı sualları var: bəziləri səsvermədə bitərəf qaldı və ya iştirak etmədi".
Bir neçə ay bundan əvvəl Ermənistan parlamenti və ictimaiyyəti 2010-cu ildən Ermənistan tərəfdən "Qazprom" şirkəti qarşısında yığılmış 300 milyon dollar borc, habelə Ermənistan hökumətinin "ArmRosQazprom" şirkətindəki səhmlərinin 20 faizinin Rusiyanın "Qazprom" şirkətinə satılmasına dair saziş barədə öyrəndi.
Fevralın 5-də parlament çoxluğu bu məsələ ilə bağlı müvəqqəti komissiyanın yaradılması ilə əlaqədar hakim koalisiyaya daxil olmayan dörd siyasi qüvvənin təşəbbüsünü rədd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”
14.01.2019
“Belə metodlarla Ankaraya təsir etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info