Şabran hesabat verdi
Tarix: 05.02.2014 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Şabran Rayon İcra Hakimiyyətində 2013-cü ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü il 9 yanvar tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda rayon icra hakimiyyəti başçısının yanında şuranın üzvləri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra Şabran rayonunun sosial-iqtisadi inkişafını əks etdirən fotostendlərə baxış keçirilib.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2013-cü ildə rayonda sosial-iqtisadi və mədəni-quruculuq sahəsində nəzərəçarpacaq irəliləyiş əldə edilib, sosial əhəmiyyətli bir çox məsələlər öz həllini tapıb. Hesabat ilində Prezident İlham Əliyev rayona iki dəfə səfər etmiş, dövlət əhəmiyyətli layihələr olan Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının, eləcə də Bayraq Meydanının, Şabran-Pirəbədil-Zeyvə yolunun, YAP-ın yeni inzibati binasının açılışını edib.
Qeyd olunub ki, 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən, həmçinin dövlət investisiya vəsaiti hesabına rayonda 300 şagird yerlik üç orta məktəb binası tikilib istifadəyə verilib. Hazırda isə hər biri 80 şagird yerlik daha iki məktəb binasının tikintisinə başlanıb.
Məruzədə Dövlət Proqramına uyğun olaraq Şabran şəhərinin qaz təchizatı ilə bağlı görülən tədbirlər də əksini tapıb. Belə ki, 2013-cü ildə Uzunboyad-Çölquşçu magistral qaz xətti təzələnib, Giləvar və Çölquşçu kəndlərinə təbii qaz verilib. Azəriqaz İstehsalat Birliyi tərəfindən 2014-cü ilin birinci yarısında Zeyvə, Pirəbədil, Pirəmsən, Günəşli, Xəlilli, Dağbilici, Ərəblər kəndlərinə təbii qazın verilməsi, 2014-cü ilin ikinci yarısında Liman, Çayqaraqaşlı, Ləcədi, Hacıqaraqaşlı, Sarvan Zöhramı, Leyti kəndlərinin qazlaşdırılması planlaşdırılır.
Diqqətə çatdırılmışdır ki, Şabranda içməli su və kanalizasiya sisteminin yenidən qurulması işləri başa çatmaq ərəfəsindədir. Bundan başqa rayonun Giləvar kəndinin içməli su şəbəkəsi tam qurulub istifadəyə verilib, Zeyvə kəndinin içməli su şəbəkəsinin tikintisi tamamlanmaq üzrədir. Pirəbədil, Sumaqa, Sumaqa-Qazma, Zöhramı, Dağbilici kəndlərinin içməli su təchizatı şəbəkəsi üçün layihə-smeta sənədləri hazırlanıb və həmin kəndlərə içməli suyun verilməsi üçün tədbirlər görülüb.
2013-cü ildə 589 yeni iş yerləri açılıb ki, bunların da 501-i daimi iş yerləridir. Ötən il rayonda 27,8 min ton taxıl, 537 ton kartof, 7539 ton tərəvəz və bostan bitkiləri istehsal edilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatı Tahir Süleymanov çıxış edərək 2013-cü ildə respublikada görülən işlər və əldə edilən uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışıblar.
Sonda tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info