İstedadlı və yaradıcı gənclər mükafatlandırıldı
Tarix: 05.02.2014 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Bakıda 2 fevral - Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib.
“Palitra”nın məlumatına görə, tədbirdə elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış istedadlı və yaradıcı gənclər mükafatlandırılıb.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, artıq 17 ildir ki, ölkəmizdə Gənclər Günü qeyd olunur: "Bu gün də zamanın yeniləşən çağırışlarına uyğun olaraq ölkə başçısı İlham Əliyevin diqqəti nəticəsində dövlətin gənclər siyasəti inkişaf edir, məzmunca zənginləşir, intensivləşir. Azərbaycan gənclərinə ən yüksək qiyməti çox aydın şəkildə cənab Prezident İlham Əliyev verib. Azərbaycan son 10 il ərzində böyük tərəqqiyə nail olub. Belə ki, ölkəmiz insan potensialının inkişafına görə "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olub".
Nazir bildirib ki, bu, yeni iqtisadi münasibətlərin yaradılması, hüquq və imkanların genişləndirilməsi, maddi təhlükəsizliyin artması deməkdir.
O, həmçinin dövlət gənclər siyasətində həyata keçirilən bir sıra layihələrdən və işlərdən söhbət açıb: "Təkcə nazirlik tərəfindən 2013-cü ildə ümumi məbləği 5 milyon 500 min manat dəyərində 137 layihə dəstəklənib. Heç bir şübhə yoxdur ki, Azərbaycan gənclərinin namizədi İlham Əliyev olub. Gənclərimiz üçün bu gün əsas tövsiyə isə onun tövsiyəsidir".
Daha sonra çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov qeyd edib ki, bu gün müstəqil Azərbaycanın vətəndaşı olmaq sözün əsl mənasında şərəfdir: "Eyni zamanda, Azərbaycanın gənc vətəndaşı olmaq ikiqat şərəfli bir missiyadır. Bü gün Azərbaycanın hər bir vətəndaşı, hər bir azərbaycanlı, hər birimiz cənab prezidentimizin rəhbərliyi altında Azərbaycanın bu gününü, inkişafını təmsil edirik, eyni zamanda, gələcəyə inamı təbliğ edirik. Gənclər isə həm Azərbaycanın bu gününü, həm də gələcəyini təmsil edirlər. Bu kifayət qədər böyük məsuliyyət, gələcəyə hazır olmaq kimi bir gerçəklik tələb edir".
Ə.Əhmədov bildirib ki, bu gün hər bir Azərbaycan gənci Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunub: "Azərbaycanda Gənclər Gününün elan olunması və hər il bu günün təntənəli qeyd olunması ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclərə qayğını özündə ifadə edən siyasəti əks etdirir. Bu gün cənab prezidentimizin rəhbərliyi altında həmin siyasət daha geniş miqyasda gerçəkləşdirilir".
Baş nazirin müavini əlavə edib ki, Azərbaycanda layiqli gənclik formalaşır: "Vətəninə, dövlətinə sadiq olan, Azərbaycanın maraqlarını düşünən və Azərbaycanın gələcəyinin qarşıya qoyduğu vəzifələri həyata keçirməyə qadir olan gənclik artıq formalaşıb".
Daha sonra Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bu gün ölkədə həyata keçirilən dövlət gənclər siyasətinin gənclərin həyatında bəxş etdiyi uğurlardan danışıb. O bildirib ki, bu gün dövlət tərəfindən gənc nəsilə yetərincə diqqət göstərilir və onların potensialını artıracaq tədbirlər həyata keçirilir.
F.Hacıyev Gənclər Fondunun dəstəklədiyi layihələrdən danışaraq, fond haqqında qısa hesabat verib. O bildirib ki, 1 il yarım ərzində fonda 1642 layihə təqdim olunub və bunlardan 1021-i dəstəklənib.
Mərasimdə elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış 6 istedadlı və yaradıcı gəncə Prezident mükafatı verilib, ötən ildəki uğurlu fəaliyyətinə görə 25 gənc, 11 qeyri-hökumət və tələbə gənclər təşkilatı nazirlik tərəfindən mükafatlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info