Putin “1 nömrəli dünya siyasətçisi ” elan olundu
Tarix: 05.02.2014 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Rusiyanın İTAR-TASS Agentliyi 2013-cü ilin 1 nömrəli siyasətçisinin, 1 nömrəli elm adamının və 1 nömrəli mədəniyyət xadiminin müəyyənləşdirilməsi üçün dünyanın nüfuzlu informasiya agentlikləri və internet resursları arasında sorğu keçirib.
Sorğu ilə bağlı aparıcı beynəlxalq və regional birliklərin, informasiya agentlikləri alyanslarının rəhbərlərindən ibarət Beynəlxalq Ekspert Şurasının fevralın 5-də Moskvada iclası olub. Bir saatdan çox davam edən iclasda Ekspert Şurasının üzvləri – İTAR-TASS Agentliyinin Baş direktoru, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) prezidenti, MDB İnformasiya Şurasının sədri Sergey Mixaylov, Azərbaycan Dövlət Teleqraf Agentliyi -AzərTAc-ın Baş direktoru, OANA-nın vitse-prezidenti Aslan Aslanov, Xəbər Agentliklərinin Dünya Konqresinin Baş katibi Uve Sorensen (Danimarka), Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş katibi Erik Naylen (İsveç), Bolqarıstanın BTA Agentliyinin Baş direktoru, BSANNA-nın vitse-prezidenti Maksim Minçev, Vyetnam İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Le Zui Çuen, İTAR-TASS Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.
Sonra iclasın yekunlarına dair mətbuat konfransı keçirilib. İTAR-TASS-ın Baş direktoru Sergey Mixaylov mətbuat konfransını açaraq bildirib ki, sorğuda bütün beynəlxalq və regional informasiya agentlikləri birlikləri, o cümlədən EANA, OANA, FANA, BSANNA iştirak ediblər. Peşəkar xəbər media birliyinin üzvləri arasında ilk dəfə keçirilən bu sorğunun suallarını dünyanın 84 ölkəsindən 265 informasiya agentliyi və internet resursu cavablandırıb. 2013-cü ilin ümumdünya reytinqinə 175 informasiya agentliyi və KİV-i 230 görkəmli siyasi xadimin, elm və mədəniyyət sahəsində tanınmış 230 şəxsin namizədliyini təklif edib. Sorğunun nəticələri Beynəlxalq Ekspert Şurası üzvlərinə təqdim olunub.
Qlobal media birliyinin rəyinə əsasən, Rusiya Prezidenti Vladimir Putin 2013-cü ilin “1 nömrəli dünya siyasətçisi” seçilib. Növbəti yerləri Roma Papası Fransisk, AFR Kansleri Angela Merkel, ABŞ Prezidenti Barak Obama və başqaları tutublar.
Dünyanın elm adamları arasında birinci yerə 2013-cü ilin Nobel mükafatı laureatı, britaniyalı alim Piter Hiqqs layiq görülüb. Bu nominasiyada ən çox adları çəkilənlər sırasında Nobel mükafatı laureatları Fransua Enqler (Belçika) və Rendi Şekman (ABŞ) olublar.
Sorğuda adı çəkilən 106 mədəniyyət xadimi arasında Nobel mükafatı laureatı, Kanada yazıçısı Elis Munro qalib gəlib. Xəbər agentlikləri və KİV-lər 2013-cü ildə, həmçinin Valeri Georgiyev (Rusiya) və Malala Yusifzayın (Pakistan) xidmətlərini də qeyd ediblər.
Sorğunun qaliblərinə Beynəlxalq Ekspert Şurasının və İTAR-TASS-ın adından xatirə nişanları təqdim olunacaq.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info