Avropa ölkələri Ukraynanın Avropa İttifaqına üzv olmasına qarşıdırlar
Tarix: 05.02.2014 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


“Avropanın aparıcı ölkələri Ukraynanın Avropa İttifaqına üzv olmasına təminat vermirlər”. Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov deyib.
O, özünün “Twitter” səhifəsində qeyd edib ki, Stefan Füle Avropa İttifaqı ölkələrini Ukraynanın birliyə üzv olmasına təminat verməyə çağırsa da, bəzi ölkələr bu çağırışla razılaşmayıblar. Bu yaxınlarda Münhendə keçirilən təhlükəsizlik konfransında Stefan Füle Ukraynanın Avropa İttifaqına üzv olmasını təklif edib. Ukrayna KİV-ləri Avropa İttifaqının komissarı olan Stefan Fülenin yaxın günlərdə Kiyevə gələcəyini yazırlar. Amma Fülenin mətbuat katibi onun Avropa Parlamentinin plenar sessiyasında iştirakı ilə əlaqədar səfərin başqa vaxta keçirildiyini açıqlayıb. Qeyd edək ki, Ukraynada iki ay əvvəl başlanan kütləvi etirazlar hələ də davam edir. Hakimiyyət orqanlarının Aİ ilə sazişdən imtina etməsi ölkədə geniş narazılıqla qarşılanıb. Ölkədə bir sıra qanunların qəbulu iğtişaşların genişlənməsinə səbəb olub. Prezident Yanukoviç sonradan güzəştə gedərək həmin qanunları ləğv edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info