ABŞ dövlət katibinin köməkçisi Yanukoviçlə görüşmək niyyətindədir
Tarix: 05.02.2014 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


“Avropa Birliyi Ukraynada siyasi böhranın nizamlanması üçün müxalifət və hakimiyyət arasındakı danışıqlarda yüksək səviyyədə vasitəçilik etməyə hazır olduğunu bildirib”. İTAR-TASS-ın verdiyi xəbərə görə, bu barədə Vitali Kliçko Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla keçirdiyi görüşdən sonra bildirib.
“Biz Ukraynadakı vəziyyəti müzakirə etdik. Ən əsas böhranın çözülməsi üçün real addımların atılmasıdır. Mən qeyd etdim ki, parlament, ilk növbədə, 2004-cü ilin konstitusiyasına qayıtmaq barədə akt qəbul etməlidir. Bu, ölkədə hakimiyyətin inhisarını aradan götürməyə imkan verəcək. Prezident Yanukoviçlə danışıqlara gəlincə, xanım Ketrin Eşton Avropanın müxalifət və hakimiyyət arasındakı danışıqlarda yüksək səviyyədə vasitəçilik etməyə hazır olduğunu bildirib”- deyə UDAR partiyasının rəhbəri bildirib. Bu arada ABŞ vitse-prezidenti Cozef Baydenin Ukrayna prezidenti Viktor Yanukoviçlə növbəti telefon danışığının nəticələrinə dair Ağ Ev açıqlama yayıb. “Vitse-prezident Cozef Bayden Ukrayna prezidenti Viktor Yanukoviçi ölkədə gərginliyin azaldılması və Ukrayna xalqının etimadının artırılması üçün beynəlxalq maliyyə yardımının göstərilməsi təklifi də daxil olmaqla bütün imkanlardan istifadə etməyə çağırıb. Buraya xüsusi təyinatlıların geri çəkilməsi, saxlanılan etirazçıların azadlığa buraxılması, jurnalistlərə və aksiya iştirakçılarına hücumlarda əlaqəsi olanların məsuliyyətə cəlb olunması kimi dərhal atılacaq addımlar daxildir”- deyə açıqlamada deyilir. Söhbət zamanı Bayden qeyd edib ki, Ukraynada sülhə və sabitliyə aparacaq yeganə yol - dialoqun davam etdirilməsində və yeni hökumətin formalaşdırılması məqsədi ilə xalqın etimadını qazanacaq həqiqi kompromisin əldə olunmasındadır. Qeyd edək ki, bu gün Kiyevə səfər edəcək ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Ukrayna prezidenti Viktor Yanukoviçlə görüşməyi planlaşdırır. Bu arada Ukrayna parlamentində müxalifət və iqtidar deputatları Konstitusiyanın dəyişdirilməsi proseduru ilə bağlı razılığa gəlib. Bunu prezidentin Ali Radadakı nümayəndəsi, Regionlar Partiyasının deputatı Yuri Miroşniçenko deyib. “Pozitiv addımlar var. Müxalifətdən olan həmkarlarımız bizə bəzi kompromisli məqamları təklif ediblər. Lakin bunları açıqlamayacağıq. Bu məqamlar Konstitusiyaya dəyişikliklərin edilməsi proseduru ilə bağlıdır” - deyə Miroşniçenko vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info