Xəyalə Şəfiyeva: “Xaricdə təhsil almış hər gəncin təcrübəsini xalqı ilə bölüşməsi mühümdür”
Tarix: 05.02.2014 | Saat: 22:46:00 | E-mail | Çapa göndər


Nicat Şəfiyev: “Həqiqətlərimizin
təbliğində Rusiyada erməni diasporu maneçilik törədir”


Müsahiblərimiz xaricdə təhsil almış Xəyalə Şəfiyeva və Nicat Şəfiyevdir. Onlarla olan müsahibəni oxuculara təqdim edirik.

- İlk olaraq özünüz və fəaliyyətiniz barəsində məlumat
verərdiniz.

Xəyalə Şəfiyeva:
- Mən, Xudaverdi qızı 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. 1993-2004-cü illərdə təbiət elmləri təmayüllü gimnaziyada orta təhsil almışam. 2004-cü ildə ATU-nun Müalicə işi fakültəsinə daxil olmuşam. Orta məktəbdə oxuyarkən həkim olmaq arzusunda olmuşam. Tibb Universitetində oxuyarkən ginekoloq olmaq qərarına gəldim. 2010-cu ildə ATU-nu bu ixtisas üzrə bitirdim. Elə həmin il oktyabr ayında Azərbaycan və Rusiya arasında imzalanmış müqavilə əsasında dövlət sifarişi ilə Rusiya Federasiyasının Volqoqrad şəhərində Tibb Universitetində klinik ordinantura mərhələsini keçmək üçün göndərilmişəm. 2 il müddətində bu sahədə təhsil aldım. Bu dövrü müvəffəqiyyətlə keçib sertifikat alaraq Azərbaycana qayıtdım. Azərbaycan Respublikası Səhiyyə Nazirliyində yaradılan komissiyadan keçərək sertifikatı təsdiqlətdirmişəm. Hal-hazırda işə qəbul üçün ərizə vermişəm.
Nicat Şəfiyev:
- Mən - Şəfiyev Nicat Mahir oğlu 1986-cı ildə Kəlbəcər rayonunda anadan olmuşam. İlk təhsilimi Abşeron rayon Ceyranbatan qəsəbəsində almışam. 2004-cü ildə həmin məktəbi bitirib Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olmuşam. Universitetdə oxuduğum illər ərzində gələcəkdə hansı ixtisas üzrə həkim olacağım məni çox düşündürürdü. 3-cü kursun 2-ci yarısında ilk cərrahiyyə əməliyyatını gördükdən sonra cərrah olmaq qərarına gəldim. Elə həmin vaxtdan cərrahi fənlərə daha çox üstünlük verdim. Praktik məşğələlərdə aktiv iştirak edərək müəllimlərimin rəğbətini qazandım. 2010-cu ildə ATU-nun ümumi cərrahiyə ixtisasını bitirdim. 2010-cu ilin oktyabr ayında Azərbaycan və Rusiya arasında imzalanmış müqavilə əsasında dövlət sifarişi ilə Rusiyanın Volqoqrad şəhərində Tibb Universitetində klinik ordinantura mərhələsini keçmək üçün göndərilmişəm. 2 il müddətində bu sahədə təhsil aldım. Bu dövrü müvəffəqiyyətlə keçib sertifikat alaraq Azərbaycana qayıtdım. Azərbaycanın Səhiyyə Nazirliyində yaradılan komissiyadan keçərək sertifikatı təsdiqlətdirmişəm. Hal-hazlrda işə qəbul üçün ərizə vermişəm.
- Aldığınız xarici təhsil və ixtisasınız barəsində fikirlərinizi bilmək istərdik.
Xəyalə Şəfiyeva:
- İllik təhsilim ilk ilini 2 saylı doğum evində keçirmişəm. Bu il ərzində doğuşlarda, qeysəriyyə əməliyyatlarında iştirak etmişəm və doğuşdan sonrakı şöbədə xəstələrin müalicəsi ilə məşğul olmuşam. 2-ci il isə mərkəzi şəhər xəstəxanasının ginekologiya şöbəsində çalışmışam. Xəstələrin müalicəsində və cərrahi əməliyyatlarda iştirak etmişəm. Təcrübəli cərrahla sərbəst, cərrah kimi uşaqlığın amputasiyası, tubektamiya və ovarektamiya əməliyyatı ilə icra etmişəm. Bu baxımdan ixtisasımın maraqlı və həm də olduqca məsuliyyətli olduğunu deyə bilərəm.
Nicat Şəfiyev:
- Volqaqrad şəhəri 7N-li təcili tibbi yardım xəstəxanasında klinik ordinantura kursunu keçmişəm. Bu müddət ərzində bir çox planlı və təcili əməliyyatlarda assistent vəzifəsində iştirak etmişəm. Gecə növbələrində maraqlı xəstələrin və cərrahi əməliyyatların praktiki şahidi olmuşam. 2011-ci ildə artıq mənə təcrübəli cərrahın iştirakı ilə sərbəst əməliyyatda iştirak etmək imkanı verildi. İlk cərrahiyə əməliyyatım aşağı ətrafın qanqrenası diaqnozu qoyulmuş yaşlı bir xəstədə ayaq amputasiyası olub. Bundan başqa kəskin appendisit, qasıq yırtığı, göbək yırtığı, dərialtı lipoma, ateroma, fleqmonaların çıxarılması əməliyyatlarını da icra etmişəm. Rusiyada aldığım təhsil məni qane edir. Azərbaycanda aldığım təhsil və qazandığım təcrübə bu sahədə ixtisaslaşmağıma yardım edir.
- Tələbə olarkən yaşadığınız xarici ölkə barədə fikirlərinizi bilmək istərdik.
Xəyalə Şəfiyeva:
- Tələbə olarkən yaşadığım Volqoqrad şəhərinin gözəl təbiəti var. Qədim, tarixi binalar, Mamay kurqanı, 1941-1945-ci il müharibəsindən qalmış dağılmış və muzey kimi saxlanılan bina diqqəti cəlb edir. Ən maraqlısı isə İkinci Dünya müharibəsi qurbanlarının adının həkk olunduğu Mamay kurqanı abidəsidir. Bizim təhsil aldığımız zaman xarici tələbələrin universitetdə ilk təhsil almasının 55 illiyi qeyd olundu. Bu münasibətlə tədbir keçirildi. Tədbirdə 55 il öncə orda təhsil almış tələbələr çıxış etdi.
Nicat Şəfiyev:
- Rusiyanın Volqoqrad şəhəri qədim şəhərdir. Burada insanların bir-birinə münasibəti çox qənaətbəxşdir. İnsanları mehriban, müəllimləri öyrətməyə meyillidir.
- Yaşadığınız şəhərdə Azərbaycan həqiqətlərinin təbliğində hansı maneələrə rast gəlinir? Sizcə, bu maneələrin aradan qalıdırılması üçün hansı işıləri görmək lazımdır?
Xəyalə Şəfiyeva:
- Orda yaşayanların bəziləri Azərbaycanı tanımır. Azərbaycan həqiqətlərini bilmək üçün təbliğat işləri aparılmalıdır. Bölgədə yaşayan azərbaycanlılar fəaliyyətlərini genişləndirməlidirlər. Bu baxımdan hələ görüləsi çox işlərin olduğunu demək olar. Baxmayaraq ki, Rusiya bizə yaxın olan ölkədir və orada diaspor nümayəndələrimiz çoxdur, orada diasporun aktivliyinin daha da aktivləşdirilməsinə ciddi ehtiyac duyulur.
Nicat Şəfiyev:
- Azərbaycan həqiqətlərinin təbliğ edilməsində bəzi antimüsələman ünsürlər və Rusiyanın regionlarında fəaliyyət göstərən erməni diasporu maneçilik törədir. Düşünürəm ki Azərbaycan həqiqətlərinin çatdırılmasında maarifləndirmə işi genişləndirilməli, Azərbaycanın təbliği və tanıdılmasında geniş işlər görülməlidir.
- Xaricdə təhsil məsələləri ilə bağlı Azərbaycan gəncərinə tövsiyə və məsləhətlərinizi eşitmək istərdik.
Xəyalə Şəfiyeva:
- Gənclərin savadlarını, biliklərini artırmaq üçün xaricdə təhsil almaq vacib amildir. Ölkədə alınan təhsillə xaici təcrübənin birləşdirilməsi daha effektiv işlər görməyə və bu sahədə ixtisaslaşmağa yardımçı olur. Bununla yanaşı, xaricdə təhsil almış hər bir gəncin vətənə qayıtması və biliyi və təcrübəsini xalqı ilə bölüşməsi mühüm amildir.
Nicat Şəfiyev:
- Mən Azərbaycan gənclərinə ilk növbədə ali təhsil almağı, məsləhət görürəm. İstər ölkə daxilində, istərsə də xaricdə. İmkan daxilində xaricdə təhsil almağı məsləhət görürəm. Lakin bununla yanaşı təhsil aldıqdan sonra mütləq Azərbaycana qayıtmağı, qazandıqları bilik və təcrübəni həmvətənləri ilə bölüşməyi, xalqına xidmət etməyi məsləhət görürəm.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info