Qalib jurnalistlər mükafatlandırıb
Tarix: 05.02.2014 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Ötən gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşəbbüsü ilə təşkil olunmuş müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə ilk olaraq rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini İltimas Məmmədov çıxış etdi. O, bildirdi ki, keçən il ölkədə “İKT ili” elan olunduğu üçün Azərbaycanda bu sahə üzrə çox uğurlu addımlar atılıb. Daha sonra nazir müavini 2013-cü il ərzində həyata keçirilən layihələr barəsində məlumat verdi: “İKT sahəsində ən böyük uğurlardan biri məhz Azərbaycanın ilk peykinin orbitə çıxarılması olub. Daha sonra bu layihələr içərisində elektron imzanın tətbiq olunması da xüsusi qeyd edilməlidir. Hazırda, Azərbaycanda 50 min elektron imza istifadəçisi var. Keçən il reallaşdırılan və planlaşdırılmış layihələr arasında geniş zolaqlı internet şəbəkəsinin yaradılması, nömrələrin daşınması sisteminin tətbiqi və digərləri xüsusi önəm kəsb edir”. Çıxışına davam edən nazir müavini fondun rəhbərinə və jurnalistlərə də “İKT ili” çərçivəsində görülmüş işlərə xüsusi diqqət ayırdıqları və müsabiqədə fəal iştirak etdikləri üçün təşəkkürünü bildirdi.
Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirdi ki, bu müsabiqəyə 5 istiqamət üzrə 38 yazı təqdim edilib, onlardan 30-u mükafatlandırılıb. Yazılar üç ekspert tərəfindən qiymətləndirilib. İcraçı direktor vurğuladı ki, sonradan daha 5 mükafat yeri də ayrılıb. O, KİVDF-nin təşəbbüsünə müsbət reaksiya verdiyi və tədbirin təşkilində fəal iştirak etdiyi üçün RİTN rəhbərliyinə öz təşəkkürünü bildirdi. Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Mükafatları qaliblərə nazir müavini İ.Məmmədov, KİVDF-nin icraçı direktoru V.Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və digərləri təqdim etdilər. Xatırladaq ki, qaliblər sırasında “Palitra” qəzetinin də iki əməkdaşı yer alıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14.09.2019
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info