Neft və ağır metallarla çirklənmiş torpaqlar təmizlənəcək
Tarix: 06.02.2014 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda neft və ağır metallarla çirklənmiş torpaqların mikrobioloji üsulla təmizlənməsi üçün müvаfiq prepаrаtlаrın biоteхnоlоgiyаsının işlənib hаzırlаnmаsını nəzərdə tutan məqsədyönlü elmi tədqiqatlar davam etdirilir. İşlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun dəstəyi ilə “Neftl və ağır metallarla çirklənmiş torpaqların təmizlənməsi” adlı layihə çərçivəsində həyata keçirilir. 2014-cü ilin oktyabr ayında yekunlaşacaq 2 illik layihənin rəhbəri institutun direktoru, akademik Vaqif Fərzəliyevdir. Onun sözlərinə görə, layihənin məqsədinə uyğun olaraq neft və ağır metallarla çirklənmiş torpaq nümunələri Abşeron yarımadasında yerləşən Buzovna-Maştağa və Qala sahələrindən götürülüb: “Tədqiqatın ilkin mərhələsində çirklənmiş ərazilərdən torpaq nümunələri götürülərək, onların fiziki-kimyəvi və mikrobioloji xassələri təyin edilib. Neft və ağır metallarla çirklənmiş ərazilərin müəyyənləşdirilməsi ilə yanaşı, həmin ərazilərdə məskunlaşmış səmərəli bitki növlərinin – metal akkumulyatorlarının, həm də bu torpaq-iqlim şəraiti üçün səciyyəvi olan aktiv mikroorqanizm - destruktorların axtarışı aparılıb. Bütün nümunələrdə neftin miqdarı (3,85%, 6,6%, 7,2%, 12,2%), bəzi ağır metalların miqdarı (Buzovna-Maştağa (Ba-76 %; Cd-0,53 %; Cu-7,8 %); Qala (Ba-120 %; Cd-0,2 %; Cu-12,2 %), fiziki-kimyəvi (nəmlik, pH) və mikrobioloji göstəricilər müəyyən olunub”.
V.Fərzəliyev vurğulayır ki, tədqiqatların nəticəsindən görünür ki, xam (ilkin) neftdən fərqli olaraq neft çirklənmələrinin ekstraktları yüngül fraksiyalara malik deyil və daha yüksək sıxlıqla xarakterizə olunur: “İqlim-ekologiya amillərinin təsiri nəticəsində neftin fraksiya tərkibində dəyişikliklər baş verir. İlkin neftlə müqayisədə ekstraktların sıxlığının artması, çox güman ki, onların tərkibində olan yüngül karbohidrogenlərin azalması və qətran maddələrinin artması hesabına baş verir”. Akademik qeyd edir ki, laboratoriya şəraitində aparılmış tədqiqatlar nəticəsində Qala və Buzovna yataqları torpaqlarının neft çirklənmələrindən effektiv təmizlənməsi üçün mikroorqanizm və bitkidən ibarət rasional kompleks təklif olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info