“Azərbaycan qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib”
Tarix: 06.02.2014 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxış edən Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, son illərdə Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, ölkə qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevrilib. R.Abdullayev qeyd edib ki, 2006-cı ildən etibarən «Şahdəniz» layihəsi üzrə aparılmış işlər nəticəsində ölkə beynəlxalq bazarda özünü yeni alternativ təbii qaz təchizatçısı kimi təqdim edib. Ötən ilin sonunda «Şahdəniz» layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının imzalanması bu sahədə inkişafın yeni mərhələsinə qədəm qoyub. Geniş investisiya tutumlu layihələrin vaxtında icra olunması ölkənin qaz hasilatını 2004-cü ildəki 5,5 mlrd. kubmetrdən hazırkı 29,5 mlrd. kubmetrə çatdırmağa imkan verib. Ötən il 13,3 mlrd. kubmetr qaz Azərbaycanın qaz nəqletmə sisteminə təhvil verilib. Əvvəllər qaz anbarlarının tutumu 800 mln. kubmetr qaz saxlamağa imkan verirdisə, hazırda anbarların tutumu artırılaraq 5 mlrd. kubmetrə çatdırılıb. Ötən il anbarlara 3,5 mlrd. kubmetr qaz yığılıb. Həmçinin bildirilib ki, 2013-cü ildə qazlaşma səviyyəsi 89,8%-ə, o cümlədən Bakı şəhəri üzrə 99%-ə, regionlar üzrə 83,4%-ə çatdırılıb. Ölkə üzrə qazla təmin olunan əhali abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1,6 mln.-dan artıqdır. Bunun üçün ümumi uzunluğu 4 800 km-dən artıq magistral qaz kəmərləri, 25 min km-dən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilib, 8 min km-ə yaxın boru xətti isə əsaslı təmir olunub. R.Abdullayev bildirib ki, 2009-cu il oktyabrın 1-ə olan qaza görə borcların silinməsi ilə bağlı sərəncama əsasən, əhalinin keçmişdən qalan 327 mln. manatdan artıq borcları dövlət hesabına silinib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“İri topdan satış müəssisələrində 930 milyonluq dövriyyənin gizlədildiyi aşkarlanıb”
18.02.2019
Fitch: “2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək”
18.02.2019
Şahin Mustafayev: 22 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur
18.02.2019
Neapol və Səməd bəy Mehmandarov küçələri yenidən qurulur
18.02.2019
Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info