Türkiyədə saytlar məhkəmənin icazəsi olmadan bağlanacaq?
Tarix: 06.02.2014 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisi hakimiyyətin internet üzərində nəzarət sahəsində səlahiyyətlərini xeyli genişləndirən qanun layihəsini qəbul edib. Bu barədə “Agence France-Press” agentliyi məlumat verib. Yeni qanun Türkiyə Telekommunikasiya Müdirliyinə (TIB) məhkəmənin icazəsi olmadan saytları bağlamağa imkan verəcək. Belə ki, hakimiyyət bu və ya digər internet resursuna çıxışı orada təhqiredici kontent aşkarladıqda məhdudlaşdıra biləcək. İnternetdə belə kontent “problemli sözlər” əsasında müəyyənləşdirilməklə onların axtarışı ilə hüquq-mühafizə orqanları məşğul olacaq. Hazırda hansı sözlərin “problemli sözlər” kateqoriyasına aid ediləcəyi məlum deyil. Bir müddət əvvəl məlumat verilib ki, qanun ilk növbədə vətəndaşların pedofiliya, narkotiklərdən istifadə və intihar etmək üsulları haqqında informasiya yayan saytlardan qorunmasına yönəlib.
Bundan başqa, parlament üzvləri tərəfindən qəbul edilən qanun provayderləri istifadəçilərin sosial şəbəkələrdə fəallıqları barədə məlumatları saxlamağa məcbur edir. Belə məlumatlar ən azı iki il müddətinə saxlanılmalı və səlahiyyətli orqanların sorğusu əsasında üçüncü tərəfə verilə bilər. Türkiyədə interneti məhdudlaşdıran ilk qanun 2007-ci ildə qəbul edilib. O zaman ölkə ərazisində “Wordpress” bloqhostiniq və bir neçə videohostinq, o cümlədən "DailyMotion” və “Vimeo” bağlanılıb. Bundan əlavə, 2010-cu ilədək Türkiyə hökuməti "YouTube” videohostinqindən istifadəni məhdudlaşdırıb. 2011-ci ildən Türkiyədə qadağan edilmiş saytlar reyestri fəaliyyət göstərir. Əvvəlcədən reyestr terrorizmlə mübarizə üçün yaradılsa da, sonradan saytların “qara siyahı”ya daxil edilə biləcəyi kontentin siyahısı xeyli genişləndirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info