Təhsil Nazirliyində 2 yeni mərkəz istifadəyə verildi
Tarix: 06.02.2014 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin (“Qaynar xətt” xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilib. Hər iki mərkəz beynəlxalq standartlara cavab verən avadanlıqlarla təmin edilib və xüsusi təlim keçmiş vətəndaşlar cəlb edilib. Mərkəzlədə xidmət səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi üçün müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər bir əməkdaşların fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin ( “Qaynar xətt” xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin direktoru Yaşar Zeynalov açıqlamasında bildirib ki, müasir avadanlıqlar və sürətli kommunikasiya sistemləri ilə təchiz edilmiş hər iki mərkəz Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilib. Onun sözlərinə görə, mərkəzlərə daxil olan müraciət, şikayət, təkliflər və sorğuların qeydiyyatı proqramına daxil edilir və müvafiq şöbələrə yönləndirilir: “Şöbələr araşdırıldıqdan sonra qanunvericilikdə göstərilən müddət ərzində vətəndaşla əlaqə saxlanılır, ona cavab verilir. Proqramda müvafiq qeydlər aparandan sonra həmin müraciətlər, şikayətlər arxivə yerləşdirilir. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, onlara müxtəlif növ hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis dillərinə fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq vətəndaşlara xidmət edir. Mərkəzlərdə bütün xidmətlər pulsuzdur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info