Vergiödəyicilər öz risk dərəcələrini özləri müəyyən edə biləcəklər
Tarix: 06.02.2014 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


“Azərbaycanın Vergilər Nazirliyi bu günədək 613 vergiödəyici ilə tərəfdaşlıq sazişi imzalayıb”. “Palitra”nın məlumatına görə, bunu nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günədək nazirliyə 791 müraciət daxil olub. Daxil olan müraciətlərin ümumi sayından 115-i qəbul edilməyib.
Tərəfdaşlıq müqavilələrinin bağlanması istənilən vergi ödəyicisinin könüllü hüququdur. Lakin vergi orqanları müəyyən hallarda qaydalar əsasında onları bağlamaqdan imtina edə bilərlər. İmtinaya səbəb aşağıdakılar ola bilər: vergi ödəyənin dövlət büdcəsi qarşısında öhdəçiliyinin olması, vergi ödəyənin fəaliyyəti ilə bağlı nəzarət ölçüləri üzrə yekun qərarın olmaması, eləcə də vergi qoymaya aid olan gəlirlərin və ya obyektin vergi ödəyən tərəfindən gizlədilməsi haqqında təsdiqlənmiş informasiya.
Belə müqavilələrin ölkənin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara əsasən, nağdsız üsullarla alqı-satqı əməliyyatını həyata keçirən şəxslər, mühasibat uçotunun aparılması zamanı sertifikatlaşdırılmış proqram təminatından istifadə edən şəxslər, ƏDV ödəyiciləri, eləcə də kredit və sığorta təşkilatları, vergi ili ərzində yaranan öhdəlikləri vaxtında və tam yerinə yetirən şəxslər üstünlük əldə edəcəklər.
Tərəfdaşlıq müqavilələrinin imzalanması prosesi 2013-cü ildən başlayıb.
Vəliyevin sözlərinə görə, yaxın vaxtlarda nazirlik vergiödəyicilərə onların etibarlı və ya riskli vergi ödəyicisi olduqlarını özlərinin müəyyən etmələrinə imkan verən layihəni işə salmağı planlaşdırır.
Nazirlik vergi ödəyənləri 11 risk qrupu üzrə təsnifləşdirir və bu sistem onların hansı qrupa aid olduqlarını müəyyən etməyə imkan verir. Sistemdən nazirliyin saytında istifadə etmək mümkün olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info