Gənclər Evinin rəsmi saytının təqdimatı oldu
Tarix: 06.02.2014 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Fevralın 6-da “Park İnn” otelində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Azərbaycan gənclik, mədəniyyət, incəsənət və elm evi” gənclik sosial inkişaf proqramı çərçivəsində Gənclər Evinin rəsmi saytının və “Distant təlim: paytaxtdan regionlara” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Gənclər Evinin rəhbəri Elşad Abdullayev layihənin əsas məqsədinin gənclərin iş həyatına hazırlığı, rəqabət əsaslı iqtisadi sistemdə peşə və sənət sahibi olmaları, təlim və tədris imkanlarından istifadə edilməklə onların peşəkar vərdişlərinin təkmilləşdirilməsi, məşğulluq problemlərinin həllinə yardım etməkdən ibarət olduğunu bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas icraçısı Dünya Türk Gəncləri Birliyidir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Gənclər Evinin yaranma tarixi və layihənin əsas məqsədinin gənclərin məşğulluq problemlərinin həll edilməsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ötən illər ərzində Gənclər Evində dil kursları, idarəetmə və liderlik üzrə müxtəlif kurslar təşkil olunub.
İntiqam Babayev deyib ki, artıq bu layihə yeni mərhələyə qədəm qoymuşdur. Burada təcrübə və informasiya mübadiləsi üçün hər cür şərait yaradılıb.
“Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı” İctimai Birliyinin sədri Adil Rəfili bildirmişdir ki, bu gün təqdimatı keçirilən “Distant təlim: paytaxtdan regionlara” adlı layihə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.
Layihənin əsas məqsədi gənclərin sosial inkişafını dəstəkləmək, onların respublikamızın inkişafı prosesində iştirakını təşviq etmək, kurslara getmək imkanı olmayan gənclərin paytaxtdan virtual aləmdə faydalanmalarını təmin edərək “paytaxt-region” məsafəsini azaltmaqdan ibarətdir. O, layihənin rəsmi internet saytı barədə məlumat verərək diqqətə çatdırıb ki, www.genclerevi.az saytında istənilən şəxs 4 müxtəlif sahə ilə bağlı kurslarda virtual olaraq iştirak etmək imkanı qazanacaq.
Mərasimdə çıxış edən Koreya Respublikasının “SK Telecom” şirkəti idarə heyətinin üzvü, Sunqşih Universitetinin professoru, layihənin əsas tərəfdaşlarından biri Kyunq Hay Kim görüləcək işlərin Azərbaycan-Koreya əlaqələrinin inkişafına müsbət təsir göstərəcəyinə ümid etdiyini söyləyib.
Sonra Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev və professor Kyung Hau Kim “Smart Class” sisteminin tətbiq edilməsinə dair memorandum imzalayıblar.
Qeyd olunub ki, bu sistem Azərbaycanda ilk dəfə tətbiq olunur və paytaxtdan regionlardakı Gənclər evləri ilə virtual əlaqə yaratmaq şəbəkəsi kimi nəzərdə tutulub.
Daha sonra Gənclər Evinin fəaliyyətinə daim dəstək olan mətbuat nümayəndələrinə “Gənclər Evinin dostu” fəxri fərmanı təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info