Neft quyularına uzaqdan nəzarət edən yeni sistem yaradılıb
Tarix: 06.02.2014 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev açıqlamasında deyib ki, yeni sistemə əsasən, neft quyuları uzaq məsafədən distansion nəzarət-idarə sistemləri vasitəsilə idarə edilir. Onun sözlərinə görə, hazırda yeni sistem Bibiheybət Neftqazçıxarma İdarəsində yerləşən 35 quyuda tətbiq edilib: “Gələcəkdə həmin sistemin Azərbaycanın daha geniş ərazilərində tətbiq edilməsi ehtimalı var. Yenilik neft quyularında rentabelliyi iki dəfəyədək yaxşılaşdırmağa imkan verir. Çox böyük layihədir və iqtisadi səmərə verir. Uzaq məsafədən neft quyularında nəzarət-idarəetməni həyata keçirən yeni sistem onların çox optimal və səmərəli işləməsini təmin edir. Nəticədə elektrik enerjisinə çox böyük qənaət olur, obyektin rentabelliyi 2 dəfəyədək yaxşılaşır. Rentabelliyi artırmaq üçün institutda yaradılan yeni texnologiyanın tətbiqi uzaq məsafədən quyunun həm işinə nəzarət etməyə, həm baş verə biləcək qəzaların gizli dövrünü aşkarlamağa, həm də quyunun səmərəli rejimdə işləməsinə imkan verir”. T. Əliyev qeyd edib ki, gələcəkdə yeni sistemin daha hansı ərazilərdə yerləşdirilməsini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti müəyyənləşdirəcək və sifarişi onlar verəcəklər. Onun sözlərinə görə, sistemin geniş tətbiqi üçün onun istehsalına böyük ehtiyac var. Gələcəkdə sistemin istehsalı Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilə bilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info