Binəqədi sakinlərinin “1646” xidməti
Tarix: 06.02.2014 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Bir ildir fəaliyyətə başlayan xidmət rayon sakinlərinin kommunal problemlərinin həlli üçün atılmış çox mütərəqqi addımdır
Rayon İcra hakimiyyətləri arasında ilk dəfə olaraq Binəqədi rayonunda yaradılan “Sakinlərin Müraciət Xidməti-1646”-nın yaranmasından 1 il ötür. Prezident İlham Əliyev 3 iyul 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmirdən sonra açılışı zamanı burada sakinlərin müraciəti üçün yaradılmış “1646” xidməti ilə də tanış oldu. Sakinlər icra hakimiyyətinə gəlmədən müraciətlərini daha çevik və operativ şəkildə telefonla çatdıra və məlumat ala bilərlər.
“1646” xidməti bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edir. Xidmətə daxil olan icra hakimiyyətinin vəzifə və səlahiyyətlərinə aid müraciətlər qanunvericilik bazası üzrə “Sual-cavab” blokuna əsasən cavablandırılır. Yaradılan şərait rayon icra hakimiyyətində “elektron hökumət”in bir çox elementlərinin reallaşdırılmasına imkan verir.
2013-cü ilin 6 fevral tarixindən fəaliyyətə başlayan xidmət rayon sakinlərinin su, qaz, işıq, yol problemlərinin həlli istiqamətində həyata keçirilən çox mütərəqqi layihələrdən biridir. Xidmətin ən böyük və ən əsas üstünlüklərindən biri də hökumət orqanının hesabatlılığını və korrupsiyaya qarşı mübarizədə əhalinin rolunu artıraraq rayonun yerli struktur orqanlarının məsuliyyət hissini gücləndirməsi, mübahisələrin həllinə və əhalinin informasiya əldə etmək imkanlarının genişlənməsinə verdiyi töhfədir. Artıq rayon sakinləri üzləşdikləri problemlərin həlli üçün yalnız bir ünvana müraciət edirlər. Həmin müraciətlər qeydə alınır və “bir pəncərə” prinsipi üzrə həllini tapır. Bu, sakinlərin fərdi xərclərinin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların rahatlığının təmin edilməsinə imkan verir. Bundan əlavə artıq xidmətin internet səhifəsi də fəaliyyət göstərir. Rayon sakinləri birbaşa onlayn rejimdə internet üzərindən xidmətə öz müraciətlərini edə bilər və onları maraqlandıran suallara cavab ala bilərlər. Həmçinin SMX-1646-nın sms xidməti fəaliyyət göstərir. Şikayət xidmət tərəfindən qeydiyyata alınan zaman avtomatik şikayət barədə məlumat aidiyyəti qurumun rəhbərinin mobil telefonuna sms daxil olur. Bununla da şikayətlərin daha operativ həll edilməsi təmin edilir.
Binəqədi RİH-dən verilən məlumata görə, 2013-cü il ərzində vətəndaşlar tərəfindən Sakinlərin Müraciət Xidmətinə 18937 müraciət daxil olub. Bu müraciətlərin 14964-ü birbaşa cavablandırılıb, 58 müraciət üzrə sual vərəqəsi tərtib edilib, 3951 müraciət üzrə şikayət vərəqəsi qeydiyyata alınıb. Bundan əlavə xidmət səviyyəsi 97,2 %, icraçılıq səviyyəsi 96,9 % təşkil edib.
Şikayət xarakterli 3951 müraciətin 3828 və ya 96,9 %-nin icrası təmin edilib, o cümlədən 3169 və ya 82,8%-i tam həll olunub, 42 və ya 1,1 %-i qismən həll edilib, 617 şikayət və ya 16,1 %-nə müvafiq izahat verilib.
Sakinlərin Müraciət Xidmətinə daxil olmuş birbaşa cavablandırılmış müraciətlərin ümumi təhlili göstərir ki, onların əksəriyyəti məlumatlandırma və maarifləndirici xarakter daşıyıb.
Vətəndaşların şikayət xarakterli müraciətlərinin təhlilinə gəldikdə isə onların 1136-sı və ya 28,7 %-i su-kanalizasiya, 802-i və ya 20,8%-i qaz təchizatı, 491-i və ya 12,4 %-i istilik təchizatı, 320-si və ya 8,2 %-i lift problemləri, 234-ü və ya 5,9 %-i elektrik təchizatı, 202-si və ya 5,2 %-i yolların yararsız olması, 177-i və ya 4,4 %-i zibil və tullantılar ilə əlaqədar, 589-u və ya 14,9 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub. Ötən il ərzində sakinlərin xidmət haqqında məlumatlılığı artdıqca daxil olan müraciətlərin də sayı artıb. Belə ki, daxil olmuş müraciətlərin aylar və rüblər üzrə təhlilinə əsasən 1-ci rüb üzrə birbaşa cavablandırılmış zənglərin sayı 1967, orta günlük zənglərin sayı 62, şikayət vərəqəsi isə 662 olduğu halda, ilin sonunda 4-cü rüb üzrə bu rəqəmlər birbaşa cavablandırılmış zənglər üzrə 6159 - ilin əvvəlinə nisbətən 3 dəfə çox, orta günlük zənglərin sayı 99, qeydiyyata alınmış şikayət vərəqələrinin sayı isə 1511 olub. Sakinlərin Müraciət Xidmətinə daxil olmuş müraciətlərin ərazi üzrə təhlilinə gədikdə isə 1 saylı nümayəndəlik üzrə (7 və 8-ci mikrorayonlar) 1492, Biləcəri qəsəbəsi üzrə 626, Binəqədi qəsəbəsi üzrə 556, 2 saylı nümayəndəlik üzrə 447, Xocasən qəsəbəsi üzrə 259, 28 may qəsəbəsi üzrə isə 14 şikayət xarakterli müraciət qeydiyyata alınıb. 1646 nömrəsinə edilən bütün zənglər xidmətin səviyyəsinin ölçülməsi məqsədilə avtomatik rejimdə qeydə alınır və lent yazısında yaddaşda saxlanılır. Hər hansı mübahisəli məsələ meydana çıxdığı zaman həmin lent yazısına qulaq asmaq mümkündür. Sakinlərin Müraciət Xidmətinin 1646 nömrəsinə stasionar telefonlardan edilən zənglər ödənişsizdir. Bu xidmətin fəaliyyətində operativlik, nəzakətlilik və məsuliyyət əsas yer tutur. Vətəndaşlara göstərilən xidmət proqram təminatı yüklənmiş informasiya texnologiyaları vasitəsilə reallaşdırılır, mübahisələrin həllini və əhalinin müvafiq informasiya əldə etməsini sürətləndirir. Telefon xidməti zamanı daxil olan zənglərin, verilən məlumatların və göstərilən xidmətlərin qeydiyyatı aparılır. Məhz bunun nəticəsidir ki, hazırda rayon icra hakimiyyəti rəhbərliyində yerli strukturların fəaliyyətinə nəzarət daha da güclənib.
Binəqədi Rayon İcra Hakmiyyətində fəaliyyət göstərən Sakinlərin Müraciət Xidmətinin başlıca məqsədi vətəndaş müraciətlərinin müasir tələblərə uyğun operativ cavablandırılması, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsi, vətəndaşların icra hakimiyyətinə gəlmədən onları narahat edən problemlərin bir telefon zəngi vasitəsilə həll edilməsi, beləliklə dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına nail olmaqdır.
Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info