Kerri və Romni prezidentliyə iddiaçı olmadılar
Tarix: 06.02.2014 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


Amerikalı iş adamı və siyasətçi, Respublikaçılar Partiyasının nümayəndəsi Mitt Romni 2016-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bəyan edib.
O, bu barədə CNN-ə müsahibəsində bildirib. “Mənim cavabım “yox”dur. Mən prezidentliyə namizəd olmayacağam”- deyə Romni açıqlayıb. Qeyd edək ki, Romni 2012-ci ildə keçirilən prezident seçkilərində Barak Obamaya məğlub olmuşdu. Sabiq namizəd müsahibəsində daha sonra bildirib: “Artıq vaxt ötüb, əgər bu məsuliyyəti hər hansı bir başqası üzərinə götürərsə, mən onun namizədliyini dəstəkləyəcəm. Əminliklə bəyan edirəm ki, növbəti prezident seçkilərində Respublikaçılar Partiyasında namizəd olmağa layiq olan çox insan var”. Məlumat üçün bildirək ki, ictimai rəy sorğularına əsasən, amerikalılar Respublikaçılar Partiyasından şansı çox olan namizəd kimi Romnini görürlər.
Bu arada onu da qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri də artıq karyerasını bitirmək haqqında düşünür. Kerri CNN-ə “cari post mənim siyasi karyeramda sonuncu olacaq. Bu, mənim son siyasi dayanacağımdır” deyib. Kerri ABŞ Dövlət Departamenti rəhbərliyinə 2013-ci ildə, Hillari Klinton bu vəzifədən gedəndən sonra gətirilib. Buna qədər isə Senatın Xarici əlaqələr komitəsinə rəhbərlik edib. 2004-cü ildə Demokratlar Partiyasından prezidentliyə namizədliyi irəli sürülüb. Seçkilərdə Buşa məğlub olan Kerrinin dövlət katibi postunda uğurları kimi Fələstin-İsrail danışıqlarının bərpasına nail olması, İranla danışıqlarda müsbət irəliləyiş, Suriyada davam edən vətəndaş müharibəsinə son qoymaq üçün fəallığı göstərilir. Onun diplomatik fəallığı sayəsində Suriya məsələsi ilə bağlı danışıqları bərpa etmək mümkün olub.
Xatırladaq ki, 2016-ci ildə keçiriləcək prezident seçkilərində potensial namizədlər kimi keçmiş dövlət katibi Hillari Klinton və vitse-prezident Co Baydenin adı qeyd edilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Bahalıqla əlaqədar Tehranda 180 restoran fəaliyyətini dayandırıb
17.02.2019
Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək
17.02.2019
İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
17.02.2019
İranın Kosmik Araşdırmalar İnstitutunda baş verən yanğın nəticəsində üç nəfər həlak olub
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info