Korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndiriləcək
Tarix: 06.02.2014 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində "Korrupsiyaya qarşı mübarizədə prokurorluğun rolu və əsas vəzifələri" mövzusunda seminar keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Baş prokurorun birinci müavini Rüstəm Usubov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, idarənin əməkdaşları, rayon, şəhər və ərazi hərbi prokurorları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Rüstəm Usubov son illər Prezidentin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş sistemli və davamlı tədbirlər barədə ətraflı məlumat verməklə prokurorluq orqanlarının korrupsiya ilə mübarizə fəaliyyətinin prioritet xətt kimi müəyyən etdiyini bildirib. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsinin zəruriliyini və prokurorluq orqanlarının əməkdaşları qarşısında mühüm vəzifələrin durduğunu bildirən natiq, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklərinə əminliyini ifadə edib. Tədbirdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov çıxış edərək "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası, o cümlədən prokurorluq orqanları tərəfindən bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr, habelə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar gözlənilən nəticələr barədə ətraflı məlumat verib. İdarənin şöbə rəisləri dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizə ilə bağlı prokurorluq orqanlarının əsas vəzifələri və prokurorluq əməkdaşları tərəfindən Etik Davranış Kodeksinin tələblərinə əməl edilməsinin vəziyyəti barədə çıxışlar ediblər.
İnteraktiv şəraitdə keçirilən tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi ilə rayon, şəhər və ərazi hərbi prokurorluqları arasında əlaqələrin daha da genişləndirilməsinin, korrupsiyaya qarşı mübarizədə səylərin artırılmasının, birgə istintaq qruplarının yaradılmasının zəruriliyi vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info