Arizona ştatının Senatı 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib
Tarix: 06.02.2014 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


ABŞ-ın Arizona ştatının Senatı 1990-cı il 20 Yanvar faciəsi zamanı Vidadi Üzeyir oğlu Məmmədovun şəhid olmasının 24-cü ildönümü ilə əlaqədar bəyanat verib.
Senatın sədri Əndi Biqs tərəfindən imzalanmış bəyanatın müəllifi təxsisatlar komitəsinin sədri Don Şuterdir. Xatırladaq ki, senator Don Şuter 2013-cü ilin noyabrında Azərbaycana səfəri zamanı Şamaxı rayonunda V.Məmmədovun qardaşı ilə görüşüb və 20 Yanvar faciəsi barədə ondan ətraflı məlumat alıb. Bəyanatda deyilir ki, 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycan xalqının azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya hücumu zamanı bu hərəkatda iştirak edən V.Məmmədov həlak olub. Qeyd edilir ki, digər qəhrəmanlar kimi, V.Məmmədov da öz həyatını azadlıq uğrunda qurban verib. Bəyanatda bildirilir ki, Arizona Senatı və Arizona ştatının əhalisi Azərbaycan xalqının azadlıq ideallarını bölüşür, öz həyatlarını qurban vermiş V.Məmmədov və digər azadlıqsevər vətənpərvərlərin xatirəsini hörmətlə anır.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Baronessa Emma Nikolson: Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir
24.05.2019
“Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır”
24.05.2019
“Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib”
24.05.2019
“Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir”
24.05.2019
Sevinc Fətəliyeva: Azərbaycana qarşı qərəzli yanaşmalar uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info