“Moskva Ukraynanın daxili işlərinə müdaxilə etməyib, indi də etmir”
Tarix: 06.02.2014 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


“Moskva Ukraynanın daxili işlərinə müdaxilə etməyib, indi də etmir”. Bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
Ukraynanın Krım Muxtar Respublikası parlamentinin Rusiyaya ölkədə baş verən hadisələrlə əlaqədar muxtar respublikanın təhlükəsizliyinin zəmanətçisi kimi çıxış etməklə bağlı müraciətini şərh edən Rusiya XİN rəsmisi deyib ki, Ukrayna rəhbərliyi siyasi böhranın qarşısını almağa qadirdir: “Biz bu prosesə müdaxilə etməmişik və etmirik. Əlbəttə ki, biz bütün kanallarla çoxistiqamətli intensiv dialoq aparırıq. Müzakirə etdiyimiz məsələlər praktik olaraq siyasi və iqtisadi əməkdaşlığa aiddir”. Bu arada Avropa Parlamentinin deputatları Avropa Birliyini bəzi ukraynalı məmurlara qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırıb. Avropa Parlamentində qəbul olunmuş qətnamədə Kiyevdəki hadisələr zamanı edilən hücumlara və etirazçıların öldürülməsinə görə məsuliyyət daşıyan məmurların Avropa ölkələrinə səfərlərinə qadağa qoyulmasına, habelə onların bank aktivlərinin dondurulmasına dair çağırış yer alıb.
Avropa Parlamentinin deputatları həmçinin Avropa Birliyini Ukrayna üçün uzunmüddətli maliyyə yardımı paketini formalaşdırmağa çağırıblar. Bu maliyyə yardımı yeni keçid hökumətinə borcların ödənilməsi ilə bağlı vəziyyəti normallaşdırmaq üçün kömək etməlidir. Digər qətnamədə isə Avropa Parlamentinin deputatları “Şərq tərəfdaşlığı” ölkələrinə qarşı siyasi və iqtisadi təzyiqləri göstərən Rusiyanı tənqid ediblər.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info