Azərbaycan ilə İsveç arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
Tarix: 07.02.2014 | Saat: 14:24:00 | E-mail | Çapa göndər


Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bu ölkənin Ticarət Federasiyasının icraçı direktoru xanım Karin Johansson ilə görüşüb.
Səfirlikdən bildiriblər ki, təmsil etdiyi təşkilat haqqında məlumat verən K.Johansson deyib ki, İsveç Ticarət Federasiyası topdan və pərakəndə satış ilə fəaliyyət göstərən şirkətlər üçün biznes təşkilatıdır və əsas missiyası ticarət şirkətlərinə əlverişli şərait yaratmaqdır.
Səfir A.Məmmədov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi 22 il ərzində böyük uğurlar qazanmışdır. Azərbaycanın İsveçin ticarət sahəsindəki təcrübəsindən yararlanmaqda maraqlı olduğunu bildirən səfir ölkələrimiz arasında ticarət sahəsindəki əlaqələrin hələ Nobel qardaşları dövrünə gedib çıxdığını diqqətə çatdırıb.
A.Məmmədov Azərbaycan ilə İsveç arasında qarşılıqlı ticarət münasibətlərinin bu gün bir sıra şirkətlər tərəfindən həyata keçirilməsinə baxmayaraq, daha da gücləndirilməsinin və bəzi sahələrdə qarşılıqlı sərmayələrin yatırılmasının əhəmiyyətini vurğulayıb.
Səfir A.Məmmədov Azərbaycanın üzümçülük, pambıqçılıq və ipəkçilik kimi tarixi ənənələrindən danışıb, iqtisadiyyatın bir çox sahələrindəki perspektivlərlə yanaşı, kənd təsərrüfatı sahəsindəki böyük imkanlar barədə həmsöhbətini məlumatlandırıb. Diplomat
Azərbaycanın əlverişli iqlim şəraitinə və münbit torpaqlara malik olduğunu vurğulayaraq, İsveçin idxal etdiyi bir sıra məhsulların, o cümlədən meyvə və tərəvəzin yetişdirilməsi üçün ölkəmizdə bütün lazımi imkanların mövcudluğunu bildirib, Azərbaycan tərəfinin kənd təsərrüfatı sahəsində İsveç sərmayələrinin qoyuluşunda maraqlı olduğunu qeyd edib.
Görüşdə Azərbaycan ilə İsveç arasında ticarət dövriyyəsinin artırılması istiqamətində bir çox işlərin görülməsinin vacibliyi vurğulanıb, İsveç Ticarət Federasiyası ilə Azərbaycanın aidiyyəti qurumları arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd olunub.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info