“Azerspace-2” peyk layihəsi üzərində işlərə başlanılır
Tarix: 07.02.2014 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransız Qvianasındakı Kosmik Mərkəzindəki Kuru kosmodromundanorbitə buraxılıb.
“Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu geostasionar orbitə çatdırılmış və ən azı 15 illik istismar müddətində Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım və telekommunikasiya xidmətləri göstərəcək.
Azərbaycan Prezidenti İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük tarixi nailiyyəti adlandırıb. Dövlətimizin başçısı deyib: “Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük”.
“Azərspace-1” telekommunikasiya peyki ötən ilin iyul ayından kommersiya fəaliyyətinə başlayıb. Peyk üzərindən 60-dan çox yerli və xarici teleradio kanalının yayımı, eləcə də digər müştərilər üçün müxtəlif rabitə kanallarının və platformalarının təşkili həyata keçirilir. Peykin fəaliyyəti nəticəsində altı ay ərzində təxminən 10 milyon ABŞ dolları məbləğində xidmətlər ixrac edilib və bu vəsait “Azərkosmos ASC” tərəfindən kredit borclarının ödənilməsinə yönəlib. Peyklərin Azərbaycandan idarə olunması məqsədi ilə Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzləri yaradılıb. Azərbaycanın ilk peyki də həmin mərkəzlərdən yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. 2016-cı ildə fəzaya buraxılması planlaşdırılan Yer səthinin məsafədən müşahidəsi peykinin layihə sənədləri üzrə hazırlıq işləri başa çatmaqdadır. Müşahidə peykinin ən yeni texnoloji göstəricilər əsasında hazırlanması nəzərdə tutulub. Azərbaycanın ikinci telekommunikasiya peykinin isə 2017-ci ildə orbitə çıxarılması planlaşdırılır.
Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılmasında və informasiya təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Eyni zamanda, ölkədə yeni iqtisadi sahələrin, həmçinin bu sahələr üzrə insan ehtiyatlarının və intellektual potensialın inkişaf etdirilməsi, tam təchizatlı maddi-texniki bazanın yaradılması, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında strateji əhəmiyyəti ilə seçilir.
Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.
Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncamı və təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanın beynəlxalq kosmik klubun üzvünə çevrilməsi, ölkədə peyk texnologiyalarının yayılması və tətbiqi üçün geniş imkanlar açıb.
Bunun ardınca Prezident İlham Əliyev 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərinin yaradılması ilə bağlı xüsusi tapşırıq verilib.
"Azərkosmos" ASC fəaliyyət göstərdiyi qısa müddət ərzində kosmik sənaye üzrə aparıcı xarici şirkətlərlə sıx əməkdaşlıq yaradıb, BMT-nin Kosmik Fəzanın Sülh Məqsədlərilə İstifadəsi üzrə Komitəsi (COPUOS) ilə, habelə bır sıra beynəlxalq təşkilatlarla kosmik sahə üzrə regional əməkdaşlıq istiqamətində mühüm işlər görüb.
Ötən ilin avqust ayında ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) ilə “Azərkosmos” ASC arasında bağlanmış qrant müqaviləsinə əsasən Azərbaycanın ikinci telekommunikasiya peykinin layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması məqsədilə “Azərkosmos” ASC-yə yarım milyon dollardan artıq məbləğdə qrant ayrılıb. Qrantın ayrılması ilə bağlı müqaviləni Azərbaycan tərəfindən ölkənin rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ tərəfdən isə USTDA-nın rəhbəri Leokadiya Zak imzalayıb. Bu qrant “Azerspace-2” telekommunikasiya peykinin alınması, maliyyələşdirilməsi, buraxılması və istismarı ilə bağlı iqtisadi, texniki və maliyyə məsələlərinin müəyyənləşdirilməsinə imkan verəcək. İkinci telekommunikasiya peyki ilə əlaqədar texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq ABŞ şirkəti ilə müqavilə cari ilin fevralın ayının sonunadək bağlanacaq. Həmin qrant müqaviləsi üzrə işlərin isə 2014-cü ilin ortalarında başa çatması gözlənilir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info