Şamaxı turistlər üçün maraqlı bölgəyə çevrilir
Tarix: 07.02.2014 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


Bu gün Şamaxı nəinki əsrarəngiz təbiəti, gözəl flora və faunası, habelə qədim tarix və mədəniyyət abidələri, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri ilə də məşhurdur. Təsadüfi deyildir ki, belə bir məşhur bölgəyə gələn turistlərin sayı da ildən-ilə artır.
Turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bölgənin turizm həyatını xeyli canlandırıb. Artıq burada 900 yerləşdirmə yeri olan 25 istirahət mərkəzi, otel turistlərə xidmət göstərir.
Hazırda rayon üzrə turist marşrutlarının sayı 5-ə çatıb. Şamaxı-Pirqulu-Dəmirçi kəndi, Şamaxı-Gülüstan qalası, Şamaxı-Kələxana kəndi, Şamaxı-Göylər kəndi, Şamaxı-Bəyqurd qalası marşrutları turistlərdə unudulmaz təəssürat yaradır.
Bu marşrutlarda onlar XVIII-XIX əsrlərə aid Yeddi Günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsr kurqanları, VII-XV əsrlərə aid Gülüstan qalası və nəhayət, XII-XV əsrlərə aid Bəyqurd qalası (Buğurd qalası da deyilir) kimi tarixi abidələrlə tanış olurlar.
Son illərdə Şamaxıya Türkiyədən, İrandan, Almaniyadan, Rusiyadan və digər xarici ölkələrdən gələnlərin də sayı xeyli artıb. Əgər 2011-ci ildə Şamaxıya ümumilikdə 70150 nəfər gəlibsə və onlardan 3650 nəfəri xarici turist olubsa, 2012-ci ildə bu rəqəm müvafiq olaraq 71100 və 5500 nəfər təşkil edib. 2013-cü ildə isə bölgəyə gələn turistlərin sayı 81000 nəfərə çatıb ki, onların da 9700 nəfəri əcnəbilər olublar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info