Azərbaycanda vergi güzəştlərinin tətbiqi təklif olunur
Tarix: 07.02.2014 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


"Caspian European Club" (CEIBC) Vergilər Nazirliyinə informasiya kommunikasiya texnologiyaları (İKT), turizm və KİV sahələrini təmsil edən sahibkarlara vergi güzəştləri təqdim etməyi və ya vergitutmadan tam azad etməyi təklif edir. “Palitra”nın məlumatına görə, bunu CEIBC-nin icraçı direktoru Telman Əliyev "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi forumunda çıxışı zamanı deyib. Onun fikrincə, eston modeli tətbiq edilə bilər: "Bu modelə əsasən, şirkətin ödənişlərdən azad edilməsi şərti ilə dövriyyənin 10 faizə qədəri alınır".
Forumda iştirak etmiş vergilər nazirinin müşaviri Akif Musayevin sözlərinə görə, hazırda Azərbaycan hökuməti bir çox vergi güzəştləri təqdim edir: "2014-cü ilin dövlət büdcəsində 7,1 milyard manat həcmində nəzərdə tutulmuş vergi daxilolmalarının 30 faizini vergi güzəştləri təşkil edir. Hökumət gələcəkdə bu siyasəti davam etdirəcək".
Forumda çıxış etmiş Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Natəvan Məmmədova Vergilər Nazirliyinə rübdə 1 dəfə biznes nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirməyi, həmçinin bu görüşlərin yekunlarını birgə təhlil etməyi təklif edib. Bundan başqa, forumda Auditorlar Palatasında Keyfiyyətə nəzarət komitəsinin sədri İslam Bayramov çıxış edib. O, auditin inkişafında ictimai inamın rolu, Azərbaycanda fəaliyyətdə olan audit standartları və Palatanın fəaliyyəti haqqında məlumat verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info