Fiskal siyasət iqtisadiyyatın şaxələndirilməsində effektiv alət ola bilər
Tarix: 07.02.2014 | Saat: 14:56:00 | E-mail | Çapa göndər


“Ölkədə yürüdülən fiskal siyasət Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi sahəsində effektiv alət ola bilər”. “Palitra”nın məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı rezidenti Antonius Bruk Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanın qarşısına qoyduğu əsas hədəflərdən biri ölkə iqtisadiyyatının şaxələndirilməsidir ki, bu da kiçik və orta sahibkarlığın inkişafı sayəsində təmin oluna bilər və bunda mühüm rol məhz vergi sisteminə ayrılır: "Ölkədə vergi sisteminin elektronlaşdırılması onun inkişafına da öz töhfəsini verib və növbəti vergi forumunun keçirilməsi onun gələcəkdə uğurlu inkişafına kömək edir".
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard forumda bildirib ki, Azərbaycan və Aİ Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq edirlər və onun əsas istiqamətlərindən biri vergi sahəsidir. Tərəflər tvininq layihələr çərçivəsində də əməkdaşlıq edirlər. Gələcəkdə Azərbaycanın vergi sistemində müasir texnologiyaların və mexanizmlərin tətbiqi onun perspektivli inkişafına kömək edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq
18.09.2018
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulur
18.09.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb
18.09.2018
Moldova ilə beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info