“İqtisadiyyatın gələcək inkişafı stimullaşdırıcı tədbirlərdən asılı olacaq”
Tarix: 07.02.2014 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


“Gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafı ilk növbədə qeyri-neft sektorunun inkişafı ilə bağlı olacaq ki, bu da öz növbəsində müəyyən dərəcədə stimullaşdırıcı tədbirlərdən asılı olacaq”. Bunu Bakıda keçirilən «Azərbaycanın vergi sistemi: Reallıqlar və perspektivlər» adlı III Vergi Forumunda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bəyan edib.
Bu stimullaşdırıcı tədbirlərin əsaslarından biri də vergi güzəştlərin tətbiqi ilə bağlıdır ki, nazir müavininin sözlərinə görə, bəzi sahələrdə bu tədbirlər artıq öz müsbət təsirini göstərir. Bura kənd təsərrüfatı, qiymətli kağızlar üzrə dividendlər, bank əmanətləri üzrə faiz gəlirləri, bank, sığorta və təkrar sığorta sahəsində kapitallaşmaya yönəldilən mənfəətin vergidən azad olunması şərtləri aiddir. S.Həsənova qeyd edib ki, real iqtisadiyyatda və ilk növbədə qeyri-neft sənaye sektorunda vergi güzəştlərinin tətbiq edilməsi investisiya axının artması və bir sıra digər müsbət nəticələrə səbəb olacaq. Lakin o etiraf edib ki, vergi güzəştləri siyasətinə yanaşma birmənalı deyil. Belə ki, iqtisadiyyatda əlavə dəyərin yaranması, prioritet sayılan sahələrin inkişafı kimi müsbət nəticələr olmayanda vergi güzəştlərinin tətbiqi yalnız vergi bazasının daralmasına və nəticə etibarı ilə vergi yığımlarının azalmasına səbəb olur. Bu səbəbdən S.Həsənovanın fikrincə, vergi güzəşt siyasəti tarazlı və səmərəli şəkildə aparılmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info