“L’avenir.net”: “Bakı şəfəq saçır və alovlanır”
Tarix: 07.02.2014 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Fransada geniş yayılan “L’avenir.net” internet qəzetində Azərbaycandan bəhs edən “Bakı şəfəq saçır və alovlanır” sərlövhəli məqalə dərc olunub. Müəllif Jan-Kristof Herminaire məqalənin əvvəlində qədim İpək Yolu üzərində, dörd yol ayrıcında yerləşən və “qara qızıl”la zəngin Azərbaycanın paytaxtı Bakının yenidən qurulmasından və bənzəri olmayan müasir şəhərə çevrilməsindən söhbət açıb. Neftin Bakının zəngin yeraltı sərvəti olduğu xatırlanan məqalədə onun Nobel qardaşlarının varlanmasında müstəsna rol oynadığı qeyd edilir. Bildirilir ki, tüfəng qundağı üçün taxta axtarışı məqsədi ilə Qafqaza səfər edən Robert Nobel 1873-cü ildə Xəzər dənizi sahilində yerləşən Bakıya gəlib, bu diyarın “qara qızıl”la zəngin olduğunu bilib, qardaşları Lüdviq və Alfredi də təcili Azərbaycana dəvət edib. Burada ilk quyuları qazdıran Nobel qardaşları 1876-cı ildə neft emalı zavodunun əsasını qoyub, baron Peter von Bilderlinqlə birlikdə Avropada ilk neft kəmərini çəkdirib və tankerlə nefti dünya bazarına çıxarıb, kimyəvi tədqiqat laboratoriyalarını genişləndirib. Əsrin sonunda Bakının dünya neft məhsulunun yarısını verən neft paytaxtına çevrildiyi məqalədə xüsusi qeyd olunub. Jurnalist vaxtilə Nobel qardaşlarının yaşadığı binada hazırda İsveç səfirliyinin və neft şirkətlərinin yerləşdiyini qeyd edib, onların gündəlik istifadə etdikləri əşyaların, mebellərin, tabloların, onların Bakı həyatı ilə bağlı fotolarının saxlandığı barədə oxuculara ətraflı məlumat verib. Məqalədə müasir Bakının simasının getdikcə dəyişdiyi, yeni şəhərsalma layihələrinin həyata keçirildiyi, 2012-ci ildən etibarən “Alov qüllələri” kompleksinin yeni Bakının simvoluna çevrildiyi, paytaxtda uzun illər “Qara şəhər” kimi tanınan ərazidə müasir “Ağ şəhər”in salındığı, müasir butiklərin geniş prospektlərə xüsusi gözəllik verdiyi, evlərin fasadlarının neon lampaları ilə işıqlandırılmasının şəhərin gecəsini gündüzündən daha cazibədar etdiyi bildirilir.
Azərbaycanın Avropaya uğurla inteqrasiya etdiyi xatırlanan məqalədə “Eurovizion-2012” beynəlxalq mahnı müsabiqəsinin ölkəni bütün dünyaya tanıtdığı, müsabiqənin dünyada lüks arxitektura kompleksi kimi tanınan və dənizin sahilində yerləşən “Baku Crystal Hall” da keçirildiyi, onun yaxınlığındakı Dövlət Bayrağı Meydanında üçrəngli Azərbaycan bayrağının dalğalandığı vurğulanıb.
Bakının gündən-günə simasının dəyişdiyi qeyd olunan məqalədə dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilən Heydər Əliyev Mərkəzinin bənzəri olmayan memarlıq incisi kimi şəhərə xüsusi yaraşıq verməsindən, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olmasından söhbət açılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info