Dəmir yollarında bütün sərnişin vaqonları yenilənəcək
Tarix: 07.02.2014 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Bu ildən etibarən İsveçin «Bombardier» şirkəti Azərbaycan dəmir yollarında Bakı-Böyük-Kəsik istiqamətində TRACECA xətti boyunca rabitə və işarəvermə qurğularının yeni sistemə keçirilməsi prosesinə başlayacaq. Bbunu jurnalistlərə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov bildirib. Onun sözlərinə görə, cəmiyyətin məqsədi 2015-ci ilin sonuna qədər bu dəmir yolu hissəsinin hər iki istiqamətində işləri yekunlaşdırmaqdır.
Q.Nəzirov deyib ki, Azərbaycan dəmir yolları yükdaşıma ilə bağlı stansiyaların fəaliyyətini də gücləndirilir: «Ötən il dəmir yolunda yükdaşımada lokomotivlərin istismarı ilə bağlı olan problemlər həll olunub. Ötən il Baltikyanı ölkələr və Ukraynanın müvafiq zavodlarında 10-a yaxın lokomotiv təmir olunub və artıq istismara verilib. Eyni zamanda, ötən il Çexiyada Azərbaycan dəmir yollarına məxsus 5 teplovoz təmir olunaraq, artıq istismara verilib. Əlavə olaraq, Azərbaycanda sərnişin təsərrüfatının yaxşılaşdırılması ilə əlaqədar xeyli iş görülüb. Belə ki, 80-ə yaxın sərnişin vaqonu Ukraynada və Rusiyada təmir olunaraq istismara verilib. Bununla bərabər, ötən il Şimal istiqamətində hərəkət edən bütün qatarların, Bakı-Rostov, Bakı-Xarkov qatarlarının tərkibi tamamilə dəyişdirilib, onlar yeni vaqonlarla əvəz edilib». İdarənin rəis müavininin sözlərinə görə, eyni zamanda ölkə daxilində hərəkət edən qatarlar və Bakı-Tbilisi qatarında vaqonlar tamamilə dəyişdirilib: «2014-cü ilin sonuna qədər digər istiqamətlərdə də hərəkət edən sərnişin qatarlarının dəyişdirilməsinə nail olacağıq».

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info