Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədris təşkil ediləcək
Tarix: 07.02.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Azərbaycanın orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədris təşkil ediləcək. Təhsil Nazirliyindən verilən xəbərə görə, Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi qərarının icrası barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrə əsasən, Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını nəzərə alsınlar və işdə rəhbər tutsunlar.
Bundan əlavə, kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin (tədris planı, tədris qrafiki, ixtisas üzrə illik işçi tədris planı, tələbənin fərdi iş planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli, akademik transkript, tələbənin ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim, məlumat paketinin strukturu) nümunələri təsdiq edilsin. İlk peşə və orta ixtisas təhsili şöbəsinin rəhbərliyi orta ixtisas təhsili müəssisələrinin direktorları 2014/2015-ci tədris ilindən tədris prosesinin kredit sisteminə keçirilməsini təmin etsinlər. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info