“ABŞ Almaniyanın suverenliyinə hörmətlə yanaşmır”
Tarix: 07.02.2014 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Almaniyanın ədliyyə naziri: “Bir ölkənin kanslerinin şəxsi telefon danışıqlarını dinləmək terrora qarşı mübarizə forması deyil”
“Almaniyanın eks-kansleri Herhard Şröderin fikrincə, ABŞ Almaniyanın suverenliyinə hörmətlə yanaşmır. Almaniyanın Sosial-demokrat partiyası isə təklif edir ki, Amerikanın xüsusi xidmət orqanlarının dinləmə əməliyyatına eyni qaydada cavab verilməli, dinləmə və casusluq həyata keçirilməlidir”.
Bu fikirlər Almaniyanın “Deutsche Welle” nəşrində çap edilən məqalədə yer alıb. Almaniyanın keçmiş kansleri şəxsi telefonunun Amerika kəşfiyyat orqanları tərəfindən dinlənilməsinə sərt reaksiya göstərib. “Bild” nəşrinə müsahibə verən eks-kansler deyib ki, ABŞ müttəfiqi kimi Almaniyanın suverenliyinə heç bir hörmət göstərmir. Şröder qeyd edib ki, fərqli dövlətlərin bir-birindən casusluq etməsi başa düşüləndir: “Amma federal kanslerin telefonunu dinləmək, bu lap ağ oldu. Amerikalıların bu hərəkəti göstərir ki, onlar öz müttəfiqlərinə inanmırlar. Hansı ki, həmin müttəfiqləri ən çətin anlarda belə, amerikalılarla həmrəylik nümayiş etdiriblər. Almaniya Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etməyə razılıq vermişdi”. Almaniyanın ədliyyə naziri Hayko Mas “Spiegel” nəşrinə açıqlamasında bildirib ki, bir ölkənin kanslerinin şəxsi telefon danışıqlarını dinləmək terrora qarşı mübarizə forması deyil. Almaniya xarici siyasət idarəsinin başçısı Ştanmayer isə kanslerin telefonlarının dinlənilməsi ilə bağlı xəbərdən təəccüblənmədiyini bildirib. Xarici işlər naziri amerikalıların dinləməni uzun müddət əvvəldən başladığını çoxdan ehtimal etdiyini qeyd edib: “Vaşinqtonla Berlin arasında xarici siyasət məsələsində ciddi fikir ayrılığı yaranmışdı. Dinləməyə də elə həmin vaxtdan başlayıblar”. Almaniyanın Sosial-demokrat partiyasının eksperti Mixael Hartman təklif edir ki, amerikalılara elə onların öz dilində cavab vermək lazımdır. O, təklif edir ki, Almaniya xüsusi xidmət orqanları da amerikalılara qarşı dinləmə həyata keçirməlidir. Partiya təmsilçisi Amerika şirkətlərinin Almaniyaya buraxılmasının qadağan edilməsini də təklif edib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info