Ukraynada xarici valyuta alışına məhdudiyyət qoyulub
Tarix: 07.02.2014 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti Viktor Yanukoviç ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandla ölkədəki siyasi böhrandan çıxış yollarını müzakirə edib. Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir. Viktor Yanukoviç Ukraynada konstitusiya islahatının tezliklə keçirilməsinin tərəfdarı olduğunu bəyan edib.
Tərəflər qeyd ediblər ki, siyasi nizamlanmanın əsasında iqtidar və müxalifət arasında dialoq durmalıdır. “Ölkə siyasi böhrandan yalnız dialoq və kompromis yolu ilə çıxa bilər”- deyə Ukrayna prezidenti qeyd edib. Yanukoviç ölkədə gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb. Onun sözlərinə görə, iğtişaşlar zamanı saxlanılan şəxslər tezliklə azadlığa buraxılacaqlar. Dünən Soçiyə gedən Yanukoviçlə BMT baş katibi Pan Gi Mun arasında görüş olub. V.Yanukoviç BMT baş katibinə ölkədəki vəziyyəti diqqətdə saxladığına görə təşəkkürünü bildirib. O qeyd edib ki, Ukrayna BMT-nin təşəbbüslərinə diqqətlə yanaşır: “Ukrayna hökuməti bütün addımları atacaq ki, münaqişənin eskalasiyası baş verməsin. Son vaxtlar biz Ukraynadakı siyasi vəziyyətin sülh yolu ilə çözülməsi prosesində vacib addımlar atmışıq”. Ukrayna prezidenti administrasiyasının rəhbərinin birinci müavini Andrey Portnov Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjniekslə görüşü zamanı bildirib ki, Kiyev ölkədə siyasi böhranla nəticələnmiş hadisələrin araşdırılmasına beynəlxalq təşkilatları cəlb etmək niyyətindədir: “Ukraynadakı hadisələrin araşdırılmasında beynəlxalq təşkilatların nüfuzlu rəhbərləri tərəfindən bizə yardım göstərilməsi ilə bağlı təşəbbüs irəli sürürük. Bizim rəsmi mövqe ondan ibarətdir ki, biz bu böhranın məhz araşdırılması və nizamlanmasına yardım göstərilməsini xahiş edirik”. Portnov qeyd edib ki, ədalətli qiymət həm hüquq mühafizə orqanlarının, həm də etirazçıların hərəkətlərinə verilməlidir. Bu arada Ukrayna Daxili İşlər Nazirliyi dünən Kiyevin mərkəzində baş vermiş partlayışla bağlı rəsmi məlumat yayıb. Hüquq-mühafizə orqanları “Maydan qərargah”ının yerləşdiyi Həmkarlar Evində partlayışın partlayıcı qurğu hazırlanan zamanı baş verdiyini istisna etmir: “Radikal qruplaşmalar yenidən sabitliyi pozmaq istəyir və onlar hətta terror aktını törətməkdən çəkinməyəcək. Əlimizdə olan operativ məlumat və partlayışın baş verdiyi Həmkarlar Evindəki son hadisələr bunu sübut edir”. Bu arada bir maraqlı xəbəri də qeyd edək ki, Ukrayna Milli Bankı ölkədə xarici valyuta alışına məhdudiyyət qoyub. Buna səbəb bazara müdaxilələrə rəğmən, milli valyutaya təzyiqi zəiflətmək cəhdlərinin nəticəsiz qalmasıdır. Konkret olaraq Ukrayna Milli Bankı xarici valyuta alan şirkətlər üçün alış əməliyyatları arasında 6 günlük fasilə rejimi tətbiq edib, habelə fiziki şəxslər üçün məhdudiyyət qoyub.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info