Rus hərbçiləri 2042-ci ilə qədər Tacikistanda qalacaq
Tarix: 07.02.2014 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Soçidə keçirilən Qış Olimpiya Oyunlarının açılış mərasiminə qatılan Tacikistan prezidenti Emomali Raxmon ilə Rusiya prezidenti Putin arasında görüş olub.
Həmin görüşdə Düşənbədə yerləşən Rusiya hərbi bazasına yeni statusu verilməsi barədə razılıq əldə olunub. “Bu, bir çox məsələləri dostluq şəraitində müzakirə etmək üçün yaxşı imkanlar yaradır”- deyən Rusiya prezidenti Olimpiadanın ilk qonaqlarından olan Tacikistan prezidentini Soçidə yeni istifadəyə verilən iqamətgahında qəbul edib. Rəsmi adı "Boçarov körfəzi-2"adlanan iqamətgahın ilk qonağı olan Emomali Raxmona yeni binanın özəllikləri barədə məlumat verilib. Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib ki, yeni iqamətgahda beynəlxalq görüşlər keçirmək üçün bütün şərait yaradılıb. Mətbuat katibi Belarus prezidenti Aleksandr Lukaşenkonun iqamətgahının “iki hasar” uzaqda olduğunu da diqqətə çatdırıb. Qeyd edək ki, danışıqların nəticəsi kimi Rusiya xarici işlər naziri Sergey Lavrovla tacik həmkarı Sirodjidin Aslov arasında Rusiya hərbi bazasının statusu haqqında protokol imzalanıb. Protokola əsasən, Rusiya hərbi bazası yeni statusla 2042-cı ilə qədər Tacikistanda yerləşəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info