“Tələbə sayına görə azərbaycanlılar Kiprdə üstünlük təşkil edir”
Tarix: 07.02.2014 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Ədalət Quliyev: “Buranın gəncləri idmanla daha çox məşğul olur”
“Şimali Kiprdə Azərbaycanı olduqca çox sevirlər”. Bu barədə qəzetimizə açıqlama verən Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbə Ədalət Quliyev deyir ki, sözügedən ölkədə ali təhsil almağa çox ciddi yanaşırlar:
“Mən Şimali Kipr Türk Cümhuriyyətinin Yakın Doğu Universiteti İletişim və radio-televizya, sinema fakültəsində təhsil alıram . 2 ildir Yakın Doğu Universitetinin televiziyasinda operator və montaj işlərinə baxıram. Keçən il qısa film üzrə Türkiyədə 4-cü yer tutmuşam. Azərbaycanla bağlı tədbirlərin operatorluğunu edirəm və Azərbaycana bu görüntüləri göndərirəm”. Azərbaycanlı tələbə qeyd edir ki, təhsil aldığı ali təhsil ocağı bir sıra üstünlükləri ilə fərqlənir: “Universitetimiz çox aktivdir və hər gün işıq, kamera, studiya, montaj, müxbirlik və bu cür ixtisaslar üzrə bizi çox geniş hazırlaşdırırlar. Universitetimizdə hər ay qısametrajli film çəkib hazırlamağımızı bizdən tələb edirlər və bunlara görə də bizə qiymət verirlər. Müəllimlərimiz çox yaxşıdır və bizə hər yönlü dəstək verirlər. Azərbaycanlı olduğum üçün daha da yaxından mənimlə maraqlanırlar”. Kiprin özəllikləri barədə danışan tələbə deyir: “Kipr Avropaya açılan bir qapı kimidir.Turist və tələbələrin bol olduğu ölkədir. Türkiyə himayəsi altındadır. İnsanları çox mehriban, cana yaxındır. İqlimi çox isti olan yerdir. İlk dəfə buraya gələndə burada görmədiyim bir şeyin şahidi oldum. Yolların bizə görə “tərs” olduğunu, piyadalara yol keçərkən yol verildiyini, sürücülərin çoxunun qadınlar olduğunu gördüm. Burada gənclərin əylənmək üçün hər cür imkanı var. İnsanlar gəzməyi, əylənməyi çox sevir. Saat 7-dən sonra şəhərdə əyləncə yerlərindən başqa hər yer bağlanır. Buranın gəncləri idmanla daha çox məşğul olur. Biz Azərbaycanlılar burada bir qrup yaratmışıq - ASA ( Azərbaycan Tələbələr Birliyi). Hər bir tədbiri lazımınca keçiririk. Azərbaycan burada olduqca çox sevilir. Azərbaycan tələbələri bir-birilərinə arxa-dayaq çıxırlar. Azərbaycana görə burada yaşam tərzi bir qədər fərqlidir. Məsələn, qiymətlər avro və sterlinqlə ölçülür. Burada bizə görə bahalıqdır. Azərbaycanlıların burada çox aktiv olduğunu hər kəs bilir”.
Soydaşımız onu da qeyd etdi ki, tələbə sayına görə Azərbaycan tələbələri burada daha çox üstünlük təşkil edir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info