“Televiziyalarda qeyri-etik ifadələrin kökü tamamilə kəsilməlidir”
Tarix: 08.02.2014 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“Son vaxtlar Azərbaycanın bəzi telekanallarında qeyri-etik ifadələrin sayı artıb. Bu məsələ Milli Televiziya və Radio Şurasını ciddi düşündürür və bunların qarşısını almaq istəyir”. Bunu MTRŞ-nin sədr müavini Qafar Cəbiyev deyib. O bildirib ki, televiziya hər zaman maarifçilik işi ilə məşğul olmalıdır.
Q. Cəbiyevin sözlərinə görə, televiziyanın ən böyük missiyalarından biri olan maarifçilik bütün proqramlarda ön planda dayanmalıdır: “Amma əfsuslar olsun ki, bizim televiziyalar bəzən bunu unudur. Süni reytinqə qaçmaq adı ilə efirdə hər nə gəldi, göstərirlər. Maarifçilik arxa plana keçir, bəzən isə tamamilə unudulur. Efirlərdə yolverilməz ifadələr gedir. Televiziyalarda qeyri-etik, təhqiramiz ifadələrin, əxlaqsız sözlərin, yanaşmaların kökü tamamilə kəsilməlidir. Proqramlarda istər açıq, istərsə də üstüörtülü şəkildə belə sözlərin verilməsi yolverilməzdir. Əfsuslar olsun ki, bəzi kanallarda belə yolverilməz hallar müşahidə olunmaqdadır”. MTRŞ sədrinin müavini qeyd edib ki, efiri qarşılıqlı söyüş, dava-dalaş meydanına çevirmək olmaz: “Danışığını bilməyən, yetənə-yetən, yetməyənə daş atan insanları efirə buraxmaq düzgün deyil. Belə qalmaqallı şoularla efiri doldurmaq və ya süni surətdə reytinq qazanmaq yolunu tutanlar ciddi şəkildə yanılırlar. Televiziyanı 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən konveyerə bənzətmək olar. Təbi ki, fasiləsiz iş prosesində, xüsusən də canlı efir zamanı bu və ya digər xırda səhvlərin olması qaçılmazdır. Əsas olan odur ki, səhvlər xarakter etibarilə ciddi olmasın. Qanun pozuntuları bilərəkdən və məqsədli şəkildə edilməsin, davamlı olaraq təkrar olunmasın, mümkün qədər bunların qarşısı tez alınsın. Televiziyada bütün bu məsələlər izlənməli, efirə cavabdeh insanlar daima buna nəzarət etməlidirlərr”. Q.Cəbiyev bildirib ki, bu və ya digər məsələlərlə bağlı mütəmadi olaraq televiziya nümayəndələri ilə görüşülür, onlarla müəyyən müzakirələr aparılır. Onun sözlərinə görə, məsələlər ciddiləşəndə bunlar xüsusi müzakirə predmetinə çevrilə, onlarla bağlı qanun çərçivəsində müəyyən işlər görülə və ya müvafiq qərarlar verilə bilər.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info