Çin Kommunist Partiyasının üzvləri YAP qərargahında olublar
Tarix: 10.02.2014 | Saat: 14:43:00 | E-mail | Çapa göndər


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Çinin Kommunist Partiyasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
“Palitra”nın məlumatına görə, qonaqları salamlayan Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov bildirib ki, səfər iki partiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Ə.Əhmədov qeyd edib ki, iki partiya arasında səmərəli əməkdaşlıq yaranıb və bu əlaqələrin inkişaf etdirilməsi hər iki partiyanın maraqlarına cavab verir.
YAP-ın sədr müavini əlavə edib ki, iki partiya arasında qarşılıqlı görüşlər müntəzəm olaraq baş tutur və mühüm sahələrdə dialoqun inkişaf etdirilməsinə öz töhfəsini verir.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr şöbəsinin sədr müavini Çjoy Li qeyd edib ki, iki partiya arasında əməkdaşlığın inkişaf etdirilməsi eyni zamanda iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsinə verir.
Qonaq ümid etdiyini bildirib ki, bu cür qarşılıqlı səfərlər davam edəcək və partiyalar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olacaq.
Görüşdə YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov da iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info