Soçidə Bakı-2015 Təşkilat Komitəsi adından ziyafət verilib
Tarix: 10.02.2014 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


XXII Qış Olimpiya Oyunları çərçivəsində Soçi şəhərində Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsi adından Milli Olimpiya Komitələri üçün ziyafət verilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, ziyafətdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, BOK-un sabiq prezidenti Jak Roqq, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, bir sıra ölkələrin Milli Olimpiya Komitələrinin rəhbərləri, nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər işirak ediblər.
Tədbirə toplaşanları salamlayan Soçi Olimpiadasında Azərbaycan nümayəndə heyətinin şef-demissionu Konül Nurullayeva çıxış üçün ilk sözü Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimova verib. Qonaqları Birinci Avropa Oyunları Təşkilat Komitəsi adından salamlayan nazir Azad Rəhimov beynəlxalq olimpiya hərəkatının tanınmış simalarını bu tədbirdə görməkdən məmnun olduğunu bildirib.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq barədə danışaraq, Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. O, qeyd edib ki, Təşkilat Komitəsi həm AOK, həm də beynəlxalq federasiyalarla əlaqəli işləyir. P.Hikki gələn il təkcə Avropanın deyil, ümumilikdə, bütün dünyanın möhtəşəm bir idman bayramına şahidlik edəcəyini qeyd edib.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax isə çıxışında Bakı-2015-in beynəlxalq olimpiya hərəkatında yeni mərhələ olacağına inandığını bildirib. Birinci Avropa Oyunlarına hazırlıq və oyunların təşkilində Bakı şəhərinə və təşkilat komitəsinə uğurlar arzulayan BOK prezidenti Azərbaycanın dünya idmanında fəal iştirak etdiyini qeyd edib.
Ziyafət Azərbaycan musiqiçilərinin canlı ifasında milli musiqi və mahnılarımızın sədaları altında davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info