Avropa Komissiyası İsveçrə referendumunun nəticələrini tənqid etdi
Tarix: 10.02.2014 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Avropa Komissiyası İsveçrədə keçirilən vətəndaşların əksəriyyətinin miqrantlar üçün kvotaların bərpasına səs verdiyi referendumun nəticələrinə mənfi reaksiya verib. İlk növbədə dəyişikliklər Avropa İttifaqı ölkələrindən gələn iş qüvvəsinə toxunacaq. Çünki başqa dövlətlərdən xarici mütəxəssislər üçün kvotalar İsveçrədə indi də qüvvədədir. Bu barədə "Vesti" internet qəzeti xəbər yayıb.
Avropa Komissiyasının bəyanatında deyilir: "Bu qərar İsveçrə və Avropa İttifaqı arasında insanların yerdəyişmə azadlığı prinsipi ilə birbaşa ziddiyyət təşkil edir. Avropa İttifaqı bu qurumla İsveçrə arasındakı münasibətlərin bütün kompleksi üçün bu təşəbbüsün mümkün nəticələrini təhlil edəcək".
Bu arada, Avropa İttifaqının onlarla ölkəsində sağ radikal partiyalar referendumun nəticələrini diqqətlə təhlil edərək əldə olunan təcrübədən miqrasiya problemlərinin İsveçrədəkindən daha kəskin olan ölkələrində istifadə etmək fürsətini öyrənirlər.
Bazar günü, fevralın 9-da keçirilən referendumda isveçrəlilərin təxminən 50,4 faizi əcnəbilərin və müxtəlif kateqoriyalara (sərhəd regionları sakinləri, qaçqınlar) daxil olan miqrantların sayına məhdudiyyətin tətbiqi barədə kvotalar sisteminə qayıdış haqqında təklifi dəstəkləyiblər. Müvafiq təşəbbüsü İsveçrə Xalq Partiyası irəli sürüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər
17.01.2019
Dünyada robotlar işlədən ilk hotel onlardan imtina edir
17.01.2019
Şahmat ömrü uzadır
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info