“Ekol Mühəndislik Xidmətləri”ndən yüksək səviyyəli texniki xidmət
Tarix: 10.02.2014 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəqliyyat sexi 2013-cü ildə həyata keçirilən ekoloji layihələrin icrasında istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin keyfiyyətlə həyata keçirilməsi sahəsində yüksək səviyyəli texniki xidmətlər göstərib.
QSC-dən bildiriblər ki, ötən il sexin xidmətində olan xüsusi texnika və nəqliyyat vasitələri ilə Heydər Əliyev adına Bakı neft emalı, “Azərneftyağ” neft emalı zavodlarının, “Surakhanı Oil Operation Company S.A.” şirkətinin, H.Z Tağıyev adına, “Abşeronneft” və “BibiHeybətneft” neft-qaz çıxarma idarələrinin mədən ərazilərində qurumun həyata keçirdiyi ekoloji layihələrin icrasına texniki xidmətlər göstərilib.
Ötən il sexin texnikaları ilə “BibiHeybətneft” neft-qaz çıxarma idarəsinin mədən ərazisindən 33 kubmetr torpaq və QSC-nin Bakı “Ağ şəhər” layihəsi ərazisinə isə suvarılma üçün 3 min 200 kubmetr su daşınıb.
Həmçinin “Surakhanı Oil Operation Company S.A.” şirkətinin mədən ərazilərindən 38 min 327 kubmetr mədən axıntı suları, ARDNŞ-in ekologiya idarəsindən 70 kubmetr və “Az Metanol Ko” MMC-nin fəaliyyət sahələrindən 46 kubmetr neft tərkibli suları QSC-nin tullantıların emalı departamentinin təmizləyici qurğularına daşınıb.
Hesabat dövründə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Bu məqsədlə 3 ədəd yük maşınları alınaraq xidmət sahələrinə göndərilib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info