Ural Universitetində Azərbaycanşünaslıq Mərkəzi açılıb
Tarix: 10.02.2014 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Azərbaycanşünaslığın inkişafı, xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alan gənclərin Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatı, iqtisadi yüksəlişi ilə bağlı həqiqətlərlə tanış edilməsi, xalqımızın qədim tarixi və zəngin mədəniyyətinin, dili və ədəbiyyatının bu ölkələrdə təbliği və tədrisi beynəlxalq əlaqələri daim genişlənən Bakı Slavyan Universitetinin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biridir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayevin təşəbbüsü ilə bu gün Rusiya, Ukrayna, Belarus və Bolqarıstanın aparıcı universitetlərində BSU tərəfindən yaradılmış Azərbaycan tədris-mədəniyyət mərkəzləri uğurla fəaliyyət göstərir, bu mərkəzlər vasitəsilə xarici ölkə gənclərinə Azərbaycan dili tədris edilir, universitetlər arasında müəllim-tələbə mübadiləsi, təcrübələr təşkil olunur, azərbaycanşünaslığın tədqiqi istiqamətində elmi layihələr həyata keçirilir.
Rusiya Elmi gününə təsadüf edən 8 fevral 2014-cü il tarixində Rusiya Federasiyasının yüksək elmi potensiala malik ən nüfuzlu təhsil ocaqlarından biri kimi tanınan Rusiya Federasiyasının birinci prezidenti B.Yeltsin adına Ural Federal Universitetində Bakı Slavyan Universiteti tərəfindən yaradılmış Azərbaycanşünaslıq Mərkəzinin təntənəli açılış mərasimi keçirildi.
Mərkəz 2012-ci ildə BSU-nun rektoru K.M.Abdullayev və UrFU-nun rektoru V.A.Koşkarov tərəfindən imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq fəaliyyətə başladı.
Sverdlovsk vilayətinin paytaxtı Yekaterinburq şəhərinin mərkəzində, UrFU-nun Sosial və Siyasi Elmlər İnstitutunun binasında yerləşən Azərbaycanşünaslıq Mərkəzinin açılışında Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, həmin İnstitutun direktoru prof. M.B.Xomyakov, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru prof. A.A.Hacıyev və tərbiyə işləri üzrə prorektoru dos. O.Ə.Səmədov, Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulları M.İ.Əhmədov və İ.F.İskəndərov, Ümumrusiya Azərbaycan Konqresinin Ural şöbəsinin sədri Ş.M.Şıxlinski, Sverdlovsk vilayətinin qubernatoru yanında Millətlər İşləri üzrə Məşvərət Şurasının üzvü və işçi qrupunun rəhbəri N.F.Tümenseva, UrFU Sosial və Siyasi Elmlər İnstitutunun Beynəlxalq münasibətlər Departamentinin direktor müavini A.S.Buynasov, Avropa araşdırmaları kafedrasının müdiri prof. A.G.Nesterov, Ukrayna, Tacikistan, Gürcüstan və Başqırdıstan milli icmaları regional şuralarının sədrləri, Sverdlovsk vilayəti ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri, burada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan dili tədris olunan V.N.Tatişev adına 108 saylı gimnaziyanın müəllim və şagirdləri iştirak etdilər.
BSU-nun prorektoru prof. A.A.Hacıyev tədbir iştirakçılarını Bakı Slavyan Universitetinin rektoru prof. K.M.Abdullayevin adından salamlayaraq onun təbriklərini Ural Federal Universitetinin rəhbərliyinə və mərasimə dəvət olunmuş qonaqlara çatdırdı. Qeyd edildi ki, Bakı Slavyan Universiteti fəaliyyətə başlayan Mərkəzə xüsusi diqqətlə yanaşmış, onu Azərbaycan Respublikasının dövlət atributları ilə, elmi və tədris ədəbiyyatı, xalqımızın qədim tarixi və zəngin mədəniyyətinə dair məlumatlarla, müasir texniki avadanlıqla təmin etmişdir; gələcəkdə Mərkəz vasitəsilə universitetlər arasında müəllim və tələbə mübadiləsinə, birgə elmi araşdırmalara, müştərək layihələrin gerçəkləşməsinə xüsusi önəm veriləcəkdir.
UrFU-nun Sosial və Siyasi Elmlər İnstitutunun direktoru prof. M.B.Xomyakov BSU tərəfindən və Ümumrusiya Azərbaycan Konqresinin fəal iştirakı ilə yaradılan Azərbaycanşünaslıq Mərkəzinin təkcə iki ali məktəb arasında əməkdaşlıq əlaqələrinin deyil, həm də xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacağına əmin olduğunu bildirdi, onun BSU tərəfindən qısa bir müddətdə tərtib edilərək Azərbaycana maraq göstərən rusiyalı tədqiqatçıların və tələbələrin istifadəsinə verilməsini yüksək qiymətləndirdi.
Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş Konsulluğunun konsulu İ.F.İskəndərov və Ümumrusiya Azərbaycan Konqresinin Ural şöbəsinin sədri Ş.M.Şıxlinski Ural Federal Universitetində fəaliyyətə başlayan Azərbaycanşünaslıq Mərkəzinə gələcək elmi araşdırmalarda uğurlar dilədilər.
Açılış mərasiminin yüksək səviyyədə təşkili və keçirilməsi Mərkəzin yaxın gələcəkdə Azərbaycanı təbliğ və tədqiq edən müasir tədris məkanına və maraqlı mədəniyyət guşəsinə çevriləcəyinə əminlik yaradır.
Günəş





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info