Dövlət Proqramının icrasına dair müzakirə keçiriləcək
Tarix: 10.02.2014 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Fevralın 11-də “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, iclasda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində görülmüş işlər haqqında hesabat veriləcək, əldə olunmuş uğurlar, problemlər və çətinliklər müzakirə olunaq, həmçinin gələcək planlara dair fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Əlaqələndirmə Şurasının sədri gənclər və idman naziri Azad Rəhimovdur. Əlaqələndirmə Şurası dövlət proqramının 4-cü fəslinə uyğun olaraq yaradılmış və onun üzvləri aidiyyəti üzrə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, beynəlxalq və ictimai təşkilatların təmsilçiləridir. Əlaqələndirmə Şurasında 32 nəfər dövlət qurumlarını, 3 nəfər Milli Məclisi, 3 nəfər beynəlxalq təşkilatları və 19 nəfər gənclər təşkilatlarını təmsil edir. Vurğulanmalıdır ki, dövlət qurumları əsasən nazir müavinləri səviyyəsində təmsil olunur. Əlaqələndirmə Şurasının iclası 11 fevral 2014-cü il tarixdə saat 15:00-da “Four seasons” otelinin, “Rast” zalında keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info