Azərbaycan və Türkiyə mediası ilə bağlı yeni layihə
Tarix: 10.02.2014 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) "Azərbaycan və Türkiyə mediası: qarşılıqlı əməkdaşlığın təcrübədən peşəkarlığa aparan yolu" layihəsi ilə bağlı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüş keçirilib.
Şuradan “Palitra”ya verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, sözügedən layihə rəhbərlik etdiyi qurumun, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Türkiyənin Azərbaycandakı səfirliyinin və Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin birgə təşəbbüsüdür. Məqsəd Azərbaycan və Türkiyənin media vasitələri arasında təcrübə mübadiləsi prosesini daha da sürətləndirməkdən, media vasitələrinin qlobal informasiya məkanında birgə iştirakına yönələn səmərəli əməkdaşlığı möhkəmləndirməkdən, media peşəkarlığının yüksəldilməsinə, informasiya texnologiyalarının mediada tətbiqinə dair yeniliklərdən faydalanmaqdan, Azərbaycanda jurnalistika təhsili sahəsindəki fəaliyyəti stimullaşdırmaqdan, ümumən hər iki ölkə cəmiyyətlərinin bir-birini daha yaxından tanımalarına dəstək olmaqdan ibarətdir.
Layihə çərçivəsində görüləcək işlər barədə məlumat verən Ə.Amaşov internet media ilə əlaqədar beynəlxalq konfransın, azərbaycanlı və türkiyəli jurnalistlərin qarşılıqlı səfərlərinin, həmçinin ölkəmizin ali məktəblərinin jurnalistika fakültələrinin tələbələri arasında Türkiyə ilə bağlı yazı müsabiqəsinin təşkilinin nəzərdə tutulduğunu vurğulayıb.
Görüşdə iştirak edənlərdən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, TİKA-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polat, MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatları Aqil Abbas və Cavanşir Feyziyev, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, həmçinin "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərud, jurnalist Seymur Verdizadə və başqaları mövzu ətrafındakı müzakirələrdə birgə təşəbbüsün faydalı alınması üçün təkliflərini səsləndiriblər.
Görüşdə qərara alınıb ki, layihə çərçivəsində görüləcək işlərin yaxından izlənilməsi üçün aparıcı təşkilatların rəhbərlərindən ibarət işçi qrupu yaradılsın və vahid fəaliyyət xətti müəyyənləşdirilsin.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info