“Tert.am”: “Ötən il Ermənistanı tərk edənlərin 42 mini geri qayıtmayıb”
Tarix: 10.02.2014 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Vardan Bostancanyan: “Bir il ərzində 42 min nəfəri itirmək Ermənistan kimi kiçik ölkə üçün böyük təhlükədir”

“Ermənistan işsiz və ac ermənilərin xilası üçün Rusiyaya müraciət edib”


İqtisadçı Vardan Bostancanyan hesab edir ki, 2013-cü ilin rəqəmləri göstərir ki, miqrasiya məsələsi ölkə üçün təhlükəli həddə qalır. Onun fikrincə, 2013-cü ilin rəqəmlərinin 2012-ci illə müqayisəli təhlili maraqlı faktlar ortaya qoyur. “Tert.am”a açıqlama verən Bostancanyan qeyd edib ki, ötən il 1 milyon 494 min 86 nəfər ölkədən getdiyi halda, gələnlərin sayı 1 milyon 452 min 85 nəfər olub. Deməli, gedənlərin 42 min nəfəri geri qayıtmayıb. Bostancanyan qeyd edir ki, bir il ərzində ölkəni birdəfəlik tərk edənlərin sayının 42 min nəfər olmasına “sevinmək” lazımdır. Məsələ ondadır ki, bu rəqəm 2012-ci illə müqayisədə 7 min 659 nəfər azdır. Ekspert hesab edir ki, bir il ərzində ölkədən miqrasiya edənlərin sayının azalması daha getməyə kimsənin qalmaması ilə bağlıdır: “Real işçi qüvvəsi böyük ölçüdə ölkəni tərk edib. Qalanlar isə ölkədən getmək iqtidarında olmadıqlarından da miqrasiya rəqəmlərində azalma müşahidə edilib. Onu da unutmaq lazım deyil ki, bir il ərzində 42 min nəfəri itirmək Ermənistan kimi kiçik ölkə üçün böyük təhlükədir”. Qeyd edək ki, Rusiyada qəbul edilən yeni miqrasiya qanunları Ermənistanda ciddi narazılıq yaradıb. “Lragir” yazır ki, Yuxarı Lars keçid məntəqəsində ciddi problemlərlə üzləşən ermənilər artıq narazılıqlarını açıq şəkildə ifadə etməyə başlayıblar. Yeni qanunlara əsasən miqrantlar 180 gün ərzində Rusiya ərazisində 90 gün qala bilərlər. Bu isə işləməyə gedən erməni miqrantlara sərf etmir. “Qraparak” yazır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryan rusiyalı həmkarı Nikolay Patruşevə məktub yazıb. Baqdasaryan Ermənistanın Gömrük İttifaqına üzv olmasının rəsmiləşməsinə görə erməni miqrantlara güzəşt tətbiq edilməsini xahiş edib: “Ermənistan hakimiyyəti faktiki olaraq ölkədə yeni narazılar kütləsinin formalaşmasından ehtiyatlanır. Rusiyada çörəkpulu qazananların bu imkanı əlindən alındıqdan sonra həmin insanlar öz narazılıqlarını Ermənistan hakimiyyətinə yönəldəcəklər. Ermənistanda ailələrini dolandırmaq imkanında olmayan belə insanların sayı on minlərlədir. Baş nazir Tiqran Sərkiysan zarafatla da olsa demişdi ki, “qayıdıb inqilab etməmələri üçün miqrasiya dayanmamalıdır”. Miqrasiya həm də ona görə dayanmamalıdır ki, faktiki olaraq Ermənistan iqtisadiyyatı miqrantların göndərdiyi vəsait hesabına ayaqda qala bilir. Yəqin ki, yaxın günlərdə Patruşev cavab məktubu yazacaq, işsiz və ac ermənilərin xilası üçün müəyyən güzəşt tətbiq ediləcək. Elə vəziyyət yaradacaqlar ki, ermənilər küçələrə çıxaraq hakimiyyətdən Gömrük İttifaqına üzv olma ilə bağlı sənədi imzalamağı tələb edəcək”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info