Koreya dilində Xocalı haqqında internet və Facebook səhifələri fəaliyyətə başlayıb
Tarix: 10.02.2014 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Koreya dilində Xocalı soyqırımı haqqında sayt fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının yaratdığı “Khojaly Genocide” adlı internet və Facebook səhifəsi (www.khojaly.or.kr; www.facebook.com/KhojalyKR) Koreya ictimaiyyətini bu faciə barədə məlumatlandırmaq məqsədi daşıyır.
Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımına aid məlumatlar, foto və videomateriallar yerləşdirilib. Saytda bir neçə ölkənin parlamenti və beynəlxalq ictimaiyyət tərəfindən bu qanlı hadisələrin soyqırımı kimi tanınması, “Xocalıya ədalət” kampaniyası haqqında məlumatlar da var.
Koreya dilində internet və Facebook səhifələri “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatı və Azərbaycan səfirliyinin elan etdiyi “Xocalı ayı” çərçivəsində həyata keçirilən silsilə tədbirlərdən növbətisidir. Bundan əvvəl, Heydər Əliyev Mərkəzinin Xocalı soyqırımı haqqında ingilis dilində hazırladığı “Khojaly Genocide” adlı kitabça Koreya dilinə tərcümə edilərək 5 min nüsxədə çap edilib.




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib - VİDEO
06.06.2020
“Tarixi reallıqları deməkdən çəkinməməliyik“
05.06.2020
“Onsuz da çətin vəziyyətdəyik“
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info